28 min manata 2 əsrlik qəpik satılır - Tarixi pullar necə əldə edilib? - VİDEO

20 марта 2017 22:30

Day.Az представляет новость на азербайджанском языке

Biri yüz manata, digəri isə 28 min manata. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, nadir tarixi eksponat hesab olunan bu pul və sikkələr internet vasitəsi ilə satışa çıxarılıb.

Maraq doğuran isə toplu şəkildə satılan bu çox əsrlik pulların niyə muzeylərdə yox saytlarda açıq şəkildə satılmasıdır. Satıcılar bəzisi qədim pulun ailə yadigarı olduğunu, bəzisi isə torpaqdan çıxardığını deyir.

Hüquqşünas Xəyal Bəşirov əgər qədimi əşya vərəsə kimi atdaan və ya başqa birindən qalıbsa rahat satıla biləcəyini deyir. Yox əgər hər hansısa şəxs onu torpaqdan qazıb çıxarıbsa mütləq dövlətə təhvil verməli olduğunu deyir. Əks halda bunu gizlədir yaxud satırsa həmin şəxs cinayət məsuliyyəti daşıyır.

Ümumilikdə isə kimlərsə əntiq əşyaların satışı ilə məşğul olursa,mütləq icazə sənədi almalıdırlar. Əks halda onlar da cinayət məsuliyyəti daşıyır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
28 min manata 2 əsrlik qəpik satılır - Tarixi pullar necə əldə edilib?