"Milli Şura" ideyası və El hərəkatı Azərbaycan xalqına yaddır

Day.Az представляет новость на азербайджанском языке.
 

"Milli Şura ideyasını irəli sürənlər Rüstəm İbrahimbəyov və ya Eldar Namazov qismində təzahür edirsə, bunun kökünün bəzi anti-azərbaycançı dairələrə gedib çıxdığı aşkardır. Onlar özləri də anlayırlar ki, Azərbaycan xalqı bu insanları dəstəkləmirlər. Bu mənada, onların qurmaq istədikləri bu yeni birlik oyununun kökündə sadəcə, radikal müxalifət düşərgəsi daxilində önə keçmək problemi dayanır".

Bunu deyən millət vəkili Azər Badamovun sözlərinə görə, Milli Şura ideyasının nəyə xidmət etdiyini təhlil etmək üçün öncə bu ideyaya qədərki proseslərin gedişini xarakterizə etmək lazımdır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu, radikal müxalifət düşərgəsinin yalnız siyasi arenada qalmaq uğrunda çırpıntılarının növbəti cəhdidir: "Eldar Namazov bu gün ənənəvi düşərgə marafonunda önə çıxmaq problemi yaşayır. Rüstəm İbrahimbəyov da bu cür məntiqsiz layihələri ilə ona kömək etməyə çalışır. Əslində qeyri-rəsmi olaraq Milli Şura adlandırılan bu qurumun yaranma ehtimalı sıfıra bərabərdir. Hətta yaransa belə, kiçik, məhdud bir çərçivədə reallaşacaq. Çünki, yaratdığı Ziyalılar Forumu adlı təşkilatla, ardından "El" ideyası ilə gündəmə gəlməyi bacarmayan bu insanlar sadəcə, növbəti cəhdə baş vurmaq istəyirlər. Bu ideyanın niyə gerçəkləşmə perspektivlərinin olmamasının səbəbləri isə ortadadır. O, mənada ki, bu gün ortaya bir siyahı qoyub da "bu insanlar hənim Milli Şuramda təmsil olunacaqlar" fikrini təqdim etmək özü göstərir ki, Rüstəm İbrahimbəyovun və Eldar Namazovun fikri köhnə radikal düşüncənin davamıdır".

A.Badamovun qeyd etdiyinə görə, illərdir ki, "mənim yanımda olmayanlar müxalifət deyil" ideyasının hökm sürdüyü radikal düşərgə elə bu istiqamətdə növbəti siyasi oyununu hazırlamaq istəyir: "Yəni, bu yaranacaq hər hansı şura və ya birlik heç də bütünlüklə radikal düşərgəni əhatə etməyəcək və yeni sayıla bilməyəcək. Çünki Rüstəm İbrahimbəyov özü də bildirib ki, siyahını şəxsən özü hazırlayacaq. Demək, bu şura yenə də masa arxasındakı məhdud bir çərçivəni təmsil edir. Orada təmsil olunanlar isə bir müddət öncə İctimai Palata adlanan təşkilatda idilər, ondan qabaq hər hansı bir seçki blokunda birləşmək istəyirdilər və sair. Bu isə alınmır. Demək ki, Milli Şura adlanan bu ideyanın da taleyi özündən əvvəlkilərdən fərqlənməyəcək. Digər bir tərəfdən, ən əsası, bu ideyanı ortaya atan insanların kimliyidir. Qeyd etmək lazımdır ki, İbrahimbəyovun Milli Şura haqqında iddiaları birmənalı şəkildə avtoritarizmə əsaslanır və özünü "demokratik düşərgə" adlandıran radikal müxalifət düşərgəsi bu addımı ilə bir daha demokratiyadan nə qədər uzaq olduğunu göstərir. Hətta İbrahimbəyov özünün şəxsi keyfiyyətlərinə güvənib də belə bir addım atmağa çalışsa, qurum yaratmaq istəsə yenə də səhvə yol verər".

/Olaylar/