Xalq antimilli müxalif güvvələri hər zaman rədd edəcək

Day.Az представляет новость на азербайджанском языке.

 
"Mən 20 ildən artıqdır ki, siyasətdəyəm. Mən Milli Azadlıq Hərəkatı sıralarında olanda, Eldar Namazov o vaxtkı Kominist Partiyasının komsomoluna qulluq edirdi. Mən əlimə silah götürüb Azərbaycanın ərazi bütövlüyünü müdafiə edəndə, torpaqlarımızın qorunması uğurunda vuruşanda, Eldar Namazov Prezident Aparatının kabinetlərində gizlənirdi". Bu fikirləri Publika.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

Bütün siyasi fəaliyyətini YAP-ın inkişafına həsr etdiyini vurğulayan S.Novruzov deyib: "Mən Yeni Azərbaycan Partiyası (YAP) yaranan gündən indiyədək bu partiyada qalmışam, bu partiyanın yaranmasında, inkişafında və iqtidara gəlməsində yaxından iştirak etmişəm. Eldar Namazovdan fərqli olaraq mən indiyədək bir əqidəyə qulluq etmişəm ki, bu da YAP-dır. Ancaq Eldar Namazov 50 əqidə dəyişib, 50 dövlətə qulluq edib. Mənimlə Eldar Namazov arasında əsas fərq də məhz budur".

"El" hərəkatının lideri Eldar Namazovun Rusiyaya səfərinə də toxunan YAP-çı deputat qeyd edib ki, Azərbaycan xalqı kimin kim olduğunu və hansı sinə-imana qulluq etdiyini yaxşı bilir. Onun sözlərinə görə, "El" təşkilatı ictimai siyasi hərəkat deyil, bu, bir klubdur: "Bu kluba toplaşan insanlar da siyasətdən tamamilə uzaq olan və fərqli sahələrdə çalışmış adamlardır. Onların Azərbaycan cəmiyyətində və siyasətində yerləri ola bilməz. Ümumiyyətlə, seçki prosesini siyasi partiyalar həyata keçirir. Ayrı-ayrı blok və dərnəklərin seçki prosesinə qoşulması və siyasətlə məşğul olması dünyada belə mövcud olmayıb. Sadəcə olaraq müyyən kəşviyyat orqanları bu adamlardan istifadə edərək Azərbaycana bu və ya digər formada təsir göstərmək istəyir. Ancaq bunun da heç bir nəticəsi olmayacaq. Çünki həmin adamların heç bir sosial bazası və elektoratı yoxdur və onlar Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunmur.

"El" hərəkatı adlanan klubda toplaşanların sayı cəmi 10-12 nəfərdir ki, onlar da ayrı-ayrı təşkilatlardan uzaqlaşmış adamlardır. Təsəüvvür edin ki, bu ilin yanvarından bəri bu adamlar ən azı 5 təşkilat dəyişiblər. Ziyalılar Təşkilatı, Ziyalılar Cəmiyyəti, Ziyalılar Forumu, İctimai Palata, "El "və indi də Milli Şura. Bu təşkilatların hər birində də 1-2 ay qalıblar, gəzə-gəzə gedirlər. Çünki bu adamlar hansı adla özlərini cəmiyyətə təqdim etmək istəsələr də, cəmiyyət onları qəbul etmir. Axtarıb pafoslu adlar tapırlar ki, bəlkə cəmiyyət bunları qəbul edər, ancaq yenə də qəbul etmirlər. Bu insanların özlərinə məxsus hər hansı təklifi və cəmiyyəti cəlb edəcək fikirləri yoxdur. Bunlar ancaq ordan-burdan nəyisə oğurlayıb Azərbaycanda tədbiq etmək istəyirlər. Bunlar hələ də anlamırlar ki, məkan eyni olsa da, cəmiyyət və zaman əvvəlki deyil. Yadımdadır ki, xarici dövlətlərdə rəngli inqilablar baş verən zaman Azərbaycan müxalifətinin bir hissəsi də paltarlarını dəyişib rəngbərəng geyinməyə başlamışdı. Sonrakı illərdə Gürcüstanda "qızıl gül" inqilabı olan zaman, bunlar da əllərinə gül-çiçək götürüb küçələrə düşdülər və sairə".
 

/Publika.az/