Madriddə “Azərbaycan: Avropa ilə Asiya arasında ənənələr və novasiyalar” adlı konfrans təşkil olundu - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

 
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İspaniyadakı Səfirliyi tərəfindən keçirilən tədbirlər çərçivəsində 16 may tarixində Madridin "Beatriz Galindo" institutunda "Azərbaycan: Avropa ilə Asiya arasında ənənələr və novasiyalar" adlı konfrans təşkil olundu.
 

Konfransı giriş sözü ilə açan Səfir Altay Əfəndiyev Azərbaycan-İspaniya əlaqələrinin cari vəziyyətinin və inkişaf perspektivləri barədə danışdı. Daha sonra İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin Cənubi Qafqaz üzrə xüsusi Səfiri xanım Maria Victoria Scola Pliego və "Casa Asiya" qurumunun Madrid mərkəzinin proqramlar üzrə direktoru xanım Teresa Gutiérrez del Álamo tədbir iştirakçılarını salamlayaraq, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi barədə söhbət açdılar.
 

Daha sonra ispan professorları ölkəmizin siyasəti, iqtisadiyyatı, vacib nailiyyətləri və mədəniyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verdi.
 

Daha sonra auditoriyanın çoxlu sualları cavablandırıldı. Yüzə yaxın İspaniyanın dövlət və ictimai qurumlarının, aparıcı şirkətlərinin, ölkədə akkreditə olunmuş Səfirliklərin nümayəndələrinin qatıldığı bu tədbir zamanı "DIPLOMACIA-SigloXXI" adlı jurnalının Respublikamıza və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan jurnal tədbir iştirakçılarına təqdim edildi.

Böyütmək üçün şəkillərə klikləyin.