Astanada Azərbaycan Demokratik Cümhuriyyətinin 95 illiyi qeyd olunub - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Astana şəhərinin "Rixos" otelində Azərbaycan Demokratik Cümhuriyyətinin elan edilməsinin 95 illiyinə və 28 may Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Qazaxıstan Respublikası Parlamentinin və Hökumətinin üzvləri, ictimai-siyasi, mədəni təşkilatların və iqtisadi qurumların rəhbərləri, Astana şəhərində yerləşən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərin başçıları, yerli kütləvi informasiya təşkilatlarının üzvləri, Azərbaycan diaspor təşkilatlarının fəalları iştirak etmişdir. Rəsmi qəbulu giriş sözü ilə Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Zakir Həşimov açmışdır. Onun çıxışı 95 il əvvəl aradılmış Demokratik Cümhuriyyət və onun qısa müddət ərzində ömür sürməsinə, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Azərbaycanın 20% ərazisinin işğal olunmasına, indiki Azərbaycan-Qazaxıstan münasibətlərinə həsr olunmuşdur. Səfirin çıxışında xüsusilə qeyd edilmişdir ki, iki qardaş dövlət arasında münasibətlərin belə səviyyədə olması ilk növbədə, ulu öndər Heydər Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin xidmətidir. Bu münasibətlər hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və N.Nazarbayevin səyləri nəticəsində daha da inkişaf etmişdir. Qazaxıstan Hökuməti tərəfindən tədbirdə xarici işlər nazirinin müavini Samat Ordabayev çıxış etmişdir. O çıxışının əvvəlində Azərbaycanı Respublika günü münasibətilə təbrik edərək, Azərbaycanla Qazaxıstan arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulamış və iki dövlətin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı şəkildə əməkdaşlıq etdiyini qeyd etmişdir. Çıxışının sonunda rəsmi qonaq bir daha qardaş Azərbaycan Respublikasını bayram münasibətilə təbrik etmişdir.

Çıxışlardan sonra 28 may Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilmişdir.