Müsavat və KXCP Şuranı tərk edə bilər
Day.Az представляет новость на азербайджанском языке.
KXCP Milli Şuradan narazıdır. Buna səbəb Milli Şuranı quranlar və rəhbərlər arasında partiyanın adının çəkilməməsidir. Milli Şura təsis edilərkən KXCP təmsil olunmaq istəmirdi. Mirmahmud Mirəlioğlu müstəqil olaraq öz namizədliyini vermişdi və partiya kiməsə güzəştə getmək istəmirdi. KXCP bu baxımdan Milli Şuraya ögey yanaşırdı. Lakin AXCP-nin yaratdığı "Demokratik Birlik Fraksiyası"nın təzyiqləri nəticəsində KXCP sədri Milli Şuraya qoşuldu. Hazırda KXCP Milli Şurada həm partiya kimi, həm də ayrı-ayrı üzvlərlə təmsil olunur. Lakin partiya ona olan münasibətdən narazıdır. Məsələ burasındadır ki, müxalifət mətbuatı Şuranın qurucuları və rəhbərləri arasında KXCP-nin adını çəkmir.
Müsavata yaxın mətbu orqanlardan birinin keçirdiyi son sorğuda da KXCP-nin adı bilərəkdən çəkilməyib. Sayt "Şuranın təsisçiləri" olaraq Rüstəm İbrahimbəyovun, Əli Kərimlinin, İsa Qəmbərin və Eldar Namazovun adını çəkib. KXCP bundan narazıdır. KXCP-ni Milli Şurada təmsil edən şəxslərdən birinin teleqraf.az-a verdiyi mıəlumata görə, partiyada bundan narazı qalıblar: "Bu məsələ yenicə yaradılmış ittifaq daxilində səmimi münasibətlər qurulmasında maraqlı olmayanların da mövcudluğunun göstəricisidir. Sorğuya mütləq partiyaların hamısının sədrinin fotosu təqdim olunmalıydı. Etməyiblərsə, deməli, yenicə yaradılmış ittifaqda ayrı-seçkilik salmaq, bərabər hüquq anlayışından kənar davranışlara meyllənmək istəyənlər var". KXCP hesab edir ki, Milli Şuradan danışarkən daha çox yuxarıda adı çəkilən dörd nəfərin adının çəkilməsi yaxşı hal deyil, başqa partiyalara hörmətsizlikdir.
KXCP yetkililəri haqlıdır. Rüstəm İbrahimbəyovun, Eldar Namazovun arxasında partiya dəstəyi, sosial baza yoxdur. AXCP-nin dəstəyi olmasa, ümumiyyətlə Ziyalılar Forumu və El Hərəkatı cəsarətli danışa bilməz. KXCP-nin rayon təşkilatları, mərkəzi aparatı, informasiya resursları var. Bu partiyanın stabil sosial bazası Milli Şuraya lazımdır. Milli Şuranın dağılmasını istəyən qüvvələr qurumun daxilində də var. KXCP-nin incik salınması onların işidir. Amma məsələ burasındadır ki, bu məsələyə Milli Şuranın rəhbərliyi də diqqət etmir. İbrahimbəyov xaricdədir. Onun səlahiyyətlərini Eldar Namazov icra edir. Namazov bu məsələlərə diqqət yetirmirsə, ya bunu istəmir, ya da bacarmır. Bu laqeydlik davam edəcəksə, Milli Şuradan uzaqlaşma başlanacaq. Konkret olaraq, adı Şuranın rəhbərliyində çəkilməyən adamlar qurumdan istefa verə bilərlər.
Potensial narazılar arasında ACP, KXCP, ALP nümayəndələri var. Ola bilər ki, bu tip narazılıqları Milli Şuradan uzaqlaşmağa çalışan Müsavatdakı məlum qrup yaratsın. Məqsəd partiyaları Milli Şuradan küsdürüb, onların qurumu tərk etməsinə nail olmaqdır. Müsavat Şuradan çıxmaq istəyir, amma bu addımı ilk olaraq atmaq niyyətində deyil. Bu, partiyanı ictimai qınağa hədəf edə bilər. Ona görə də Müsavat ilk olaraq başqa partiyanın Şuranı tərk etməsini istəyir. Bu ilk partiya isə artıq Şuradan narazılığını gizlətməyən KXCP ola bilər.
/Olaylar.az/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре