Milli Şuranın qeyri-milli mövqeyi sərt qınanır

Day.Az представляет новость на азербайджанском языке. 

Müxalifət düşərgəsində təmsil olunan müəyyən fiqurlar hər seçki öncəsi özlərinə sığınacaq axtarmağa başlayırlar.

Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

A.Hüseynov qeyd edib ki, müxalifətin öz potensial imkanlarına və elektoratına inamı olsaydı, yəqin ki, başqalarının himayəsinə girmək barəsində düşünməzdilər: "Bu il seçki ili olduğunu nəzərə alsaq, məhz kənar, bədnam qüvvələr və müxalifətin xarici havadarları onları öz maraqları istiqamətində fəaliyyətə yönəldirlər. Hətta Azərbaycan xalqının milli maraqlarına, mental dəyərlərimizə, konstitusion və fundamental hüquqlarımızı belə qulaq ardına vuraraq ölkəmizdəki stabilliyi pozmaq naminə riyakar müxalifəti dırnaqarası hərəkətə gətirirlər. Təşkilat sədri məhz bu konteksdən "Milli Şura" kimi oyuncaq, qondarma, heç bir milii dəyərləri, vətəndaş mövqeyini özündə ehtiva etməyən bir təşkilatın yaradılaraq ortalığa atılması deyilənləri bir daha təsdiqləmiş olur".

"Milli şura"nın növbəti toplantısının ABŞ-da keçirilməsi ilə bağlı son zamanlar səslənən fikirlərin də bu qondarma təşkilatın əslində Azərbaycanda sabitliyi pozmaq, vətəndaş qarşıdurması yaratmağa hesablandığını söyləyən Siyasi Şura üzvü deyir ki, doğrudan da, yaranmış bir təşkilatın milliliyə nə dərəcədə aidiyyatı olması buradan da aydın görünür:

"Əgər "Milli Şura", doğrudan da, özlüyündə milliliyi ehtiva edirsə, onun ABŞ-da toplantı keçirməsi nə dərəcədə azərbaycançılıq ideyaları, onların səsləndirdiyi prinisplərlə uzlaşır? Müxalifət məhz bu cür oyunlara getməklə əslində növbəti ambisiyalarının qurbanına çevrildiklərini göstərir. Azərbaycan cəmiyyəti isə "milli şuranı da, onun uzaq Sibirdə olan qondarma siyasətçisini də tanımır və qəbul etmir".