Deputatdan çağiriş: “Moldova ombudsmanın həyatı təhlükə altındadır”

Day.Az представляет новость на азербайджанском языке. 

"Moldova ombudsmanı Aureliya Qriqoriunun Xocalı soyqırımının törədilməsində ermənilərin məsuliyyət daşıdığı barədə Ermənistan parlamentində səsləndiryi çıxışa görə təhdid olunması terrorçulardan ibarət hökümətin iç üzünü bir daha ortaya qoydu. Ombudsmanın çıxışı çıxış tam həqiqət uyğundur".

Bu sözələri Milli Məclisin deputatı, AVRONEST Enerji Komitəsinin sədri Fuad Muradov Moldovalı rəsminin Yerevnda təhdid olunmasına münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, Ermənistan hakimiyyəti terroçulardan ibarət olduğu üçün onlar o qadına hər an təcavüz edə bilərlər. Hətta böhtan atıb həbs də edə bilərlər.

"Ermənistandakı terrorçu hakimiyyət yaxın tarixdə çox belə hadisələr törədib. Buna əl atmaq onalr üçün problem deyil. Aureliya Qriqoriunun həyatı təhlükə altındadır. Beynəlxalq təşkilatlar tez bir zamanda bu biabırçı faktla bağlı münasibətini bildirməli və həyatı təhlükə altına düşmüş Moldova rəsmisinə köməklik göstərməlidirlər"-deyə F.Muradov vurğulayıb.

Xatırladaq ki, xanım Qriqoriu Ermənistan parlamentində keçirilən Ümumavropa Konfransı zamanı çıxış edərkən "Xocalıda baş verən soyqırımı ermənilər törədib və bu, beynəlxalq səviyyədə qəbul edilmiş faktdır. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib və azərbaycanlılara münasibətdə soyqırım həyata keçirib"-deyib.
 

Buna görə Ombudsmanı Aureliya Qriqoriu İrəvanda ölüm təhdidi ilə üzləşib. Erməni rəhbərliyi etdiyi çıxışa görə Ombudsmanı açıq şəkildə təhdid etməklə bərabər onun ölkəni tərk etməsinə də imkan vermirlər.

İyulun 5-də Azərbaycan XİN bəyanat verərək Ombudsmanın həqiqətləri dilə gətirməsini yüksək qiymətləndirib.