Əhməd Oruc: “Cəmil Həsənlinin idarəetmə təcrübəsi yoxdur”

Day.Az представляет новость на азербайджанском языке.

"Milli Şura adı altında Rusiya tərəfindən bir təhdid var idi. Bu təhdid aradan qalxandan sonra bu ideya ortada qalmışdı. İdeyanı diriltmək üçün, Rüstəm İbrahimbəyov yalanına cəmiyyəti inandırmaq üçün prosesi Cəmil Həsənlinin üzərinə yönəltdilər".

Bu sözləri Milli.Az-a açıqlamasında Azadlıq Partyasının sədri Əhməd Oruc bildirib.

"Cəmil Həsənli siyasi proseslərdə heç bir ideya və fikirlə çıxış eləmiş insan deyil. İdarəetmə təcrübəsi tamamilə olmayan, siyasi proseslərə alim kimi görkəm vermək üçün qatılmış adam olub həmişə", - o əlavə edib.

Ə.Oruc daha sonra söylədi: "Cəmil Həsənlinin arxasında AXCP və Müsavat kimi böyük intriqa təcrübəsinə malik təşkilatlar var. Cəmil müəllim onların münasibətlərini bir-birinə uzlaşdıracaq adam deyil".