“Mənim Qarabağım” layihəsi yekunlaşmışdır – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun 4-cü Qrant müsabiqəsinin qalibi olan "Mənim Qarabağım" layihəsi uğurla sona çatdı. Mənim Qarabağım layihəsinin məqsədi regionda yaşayan gənclərin və ictimaiyyətin diqqət mərkəzini Dağlıq Qarabağ probleminə yönəltmək, xarici vətəndaşların, turistlərin diqqətini Dağlıq Qarabağ mövzusuna cəlb etməklə düşmən tapdağı altında olan dilbər guşələrimizin əslən Azərbaycan torpağı olmasını bildirməkdir.

Layihənin iştirakçı seçimi mərhələsində bazaya 196 müraciət daxil olmuş, yalnız müsahibə mərhələsindən uğurla keçən 30 gənc layihəyə vəsiqə qazanmışdır. Layihənin açılış mərasimi 26 Fevral-Xocalı Soyqırımının 22-ci il dönümündə İrəli İctimai Birliyində baş tutmuş, layihə müddətində (26-28 Fevral) iştirakçılara dəyərli ekspertlər - Vüsal Qurbanov (Justice for Khojaly kompaniyasının hüquq hüquqşünastı), Elçin Əhmədov (Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının nümayəndəsi), Asif Səlimov ( İrəli İctimai Birliyinin nümayəndəsi) tərəfindən təlim xarakterli görüşlər keçirilmişdir. 9 aprel tarixində Bakı Dövlət Universitetində "Mənim Qarabağım" rəsm sərgisi təşkil olunmuşdur. Sərgini giriş sözü ilə açan BDU THİK-nin sədri Daşqın Qənbərov sərginin Qarabağ həqiqətlərinin tanıdılması yönündə gənclər tərəfindən atılmış önəmli addım olduğunu vurğulayıb. Daha sonra layihə rəhbəri Asif Səlimov layihənin gedişatı və icrası haqqında iştirakçıları geniş məlumatlandırıb. Asif Səlimov Azərbaycan Respublikası Prezidentinin gənclərə olan diqqət və qayğısından danışıb. Sonra sərginin açılışı mərasimi baş tutub.

Gənc rəssam Həlimə Ələsgərova rəsm əsərlərində ifadə etdiyi hiss və emosiyanı iştirakçılarla bölüşüb. Sərgi tələbələrin böyük marağına səbəb olmuş və gün boyunca tələbələr sərgiyə təqdim olunmuş əsərlərlə tanış olmuşlar.


Layihənin bağlanış mərasimi 21 aprel tarixində İrəli İctimai Birliyində baş tutub. Mənim Qarabağım layihəsini uğurla başa vurmuş iştirakçılara Sertifikatlar təqdim olunmuşdur.
 

Böyütmək üçün şəkillərə klikləyin: