Ermənistan sakinlərini zorla miqrantlara çevirir
Day.Az представляет новость на азербайджанском языке.

5 il Belçikada yaşayan bir erməni ailəsi geriyə, Ermənistana deportasiya olunub. Milli.Az bildirir ki, bu barədə hetq.am xəbər verir. 4 uşaqlı ailənin qaçqın ststusu almaq üçün Belçika hökumətinə etdiyi müraciət müsbət cavab almayıb. Aslanyanlar ailəsi Belçikanı tərk edib Fransaya üz tutsalar da burada da qəbul edilməyiblər.

Onlar Ermənistana qayıtmamaq üçün hər yola əl atsalar da sonda yenidən öz ölkələrinə göndəriliblər. Hal-hazırda Eçmiədzində yaşayan ailənin sosial durumu olduqca ağırdır. Kirayə evdə qalan ailənin başçısı Vazgen Aslanyan epilepsiya xəstəsidir. Ona lazım olan dərmanlar dövlət tərəfindən təmin edilmədiyi üçün vəziyyəti getdikcə ağırlaşır. Belçikada yaşadıqları müddət ərzində isə dövlət tərəfindən hər cür yardımı alıblar.

Ailənin xanımı Marieta Aslanyan: "Biz geri qayıtmaq istəmirdik. Ermənistanı tərk edib başqa harada olsa, yaşamağa hazırıq, təki bu ölkədən gedək", - deyib.

Beynəlxalq Miqrasiya Təşkilatının Yerevan ofisinin məlumatına əsasən, Aslanyanlar ailəsi bir daha dönməmək üçün Ermənistanı tərk edənlərdəndir. Ofisin məlumatına görə, təşkilatın xəritəsində Ermənistan artıq neçə illərdir ki, qırmızı bayraqla işarələnib. Bu o deməkdir ki, bu ölkədəki şərait sakinləri zorla miqrantlara çevirir.

Hal-hazırda ermənilər Ermənistanı böyük axınlarla tərk etməkdədirlər. Onlar öz evlərini, mülklərini sataraq ölkədən gedirlər.

Belçika Daxili İşlər Nazirliyi bildirib ki, Ermənistandan miqrasiya üçün edilən müraciətlərin 99%-i onlar tərəfindən rədd edilir.

Belçika həyatını görən Marieta bildirib ki, orada hər kəs eynidir, heç kimə yuxarıdan aşağı baxılmır. Ermənistanda isə onlar özlərini tullantı kimi hiss edirlər.

4 uşaq sahibi olan ailənin Eçmiədzində kirayə qaldıqları ev də satılıb və onlar çöldə qalıblar. 1 ilə yaxındır Ermənistanda olan ailə artıq borcun içində batır. Çarəsiz qalan ailə "heç olmasa balaca bir daxma verin, orada yaşayaq" deyə dövlətə səslənir.

Müşviq Mehdiyev