Ermənilərin yeni və qanadlı arzusu
Day.Az представляет новость на азербайджанском языке.

Ermənilərin anti-Sarkisyan düşüncələri, fikirləri get-gedə artmaqdadır. Prezidentlərindən bezən ermənilər ondan qurtulacaqları günü böyük səbrsizliklə və eyni zamanda böyük səbrlə gözləyirlər.

Prezident Serj Sarkisyan barədə etiraz və şikayətlər son dövrlərdə, demək olar ki, hər bir erməninin dilində səslənir. Ölkə rəhbərinin laqeydliyi, eqoistliyi, rüşvətxor və cinayətkar əməlləri, ard-arda gələn fiaskoları nəticəsində əhali üzünü ondan döndərməkdədir.

Milli.Az bildirir ki, bu yaxınlarda sosial şəbəkələrin birində ermənilər öz "arzularını" dilə gətiriblər. Serj Azatoviç və onun yaxın ətrafı ilə bağlı olan bu arzu qeyri-adiliyi ilə seçilib. Ermənilər yekdilliklə bildiriblər: "Gün gəlsin ki, ölkədəki qəzetlərin manşetində "Polis prezident və onun dəstəsini həbs etdi" başlığı ilə xəbərlər dərc olunsun". Bəli, ermənilər Serj Sarkisyanın həbsini və cəzalandırılmasını istəyirlər. Onların arzuları təkcə prezidentlə məhdudlaşmır. Belə ki, parlament spikeri, "siçan" ləqəbli Ovik Abramyan, oliqarx Samvel Aleksanyan (onun ləqəbi qadın alt paltarı ilə adlandırıldığı üçün təqdim etmədik) və digərlərinin də həbsini arzuladıqlarını bildiriblər. Ermənilər Sarkisyan və ətrafına topladığı harınlamış insanlar olmayan bir Ermənistanın arzusundadır.

Ermənistan rəhbərinə aid daha bir tragikomediya - hakimiyyətin mənbəyi olan xalq o hakimiyyətin həbsini arzulayır. Arzunun digər bir adı istəkdir. Yəni ermənilər Sarkisyanın həbsini istəyirlər. İstəmək işin yarısıdır deyirlər. Deməli, ermənilər arzulanan həbsin həyata keçməsi üçün işin yarısını görüblər, indi qalıb digər yarısı. Diasporanın son zamanlarda daha da aktivləşən dəstəyilə Serj Sarkisyanı barmaqlıqlar arasından baxan görmək ermənilərə nəsib ola bilər. Bunu görmək üçün xalq-Sarkisyan müharibəsini izləmək lazımdır.

İzləyək və görək...

Müşviq Mehdiyev