Xədicə İsmayılovanın faş olmuş planı

Day.Az представляет новость на азербайджанском языке.

İnsan hüquqları məslələri üzrə birgə işçi qrupun bərpası ilə bağlı Avropa Şurasının baş katibi Törbörn Yaqlandın məlum açıqlamasından sonra ölkə daxilində və xaricində olan bəzi qüvvələr hərəkətə keçdilər. Bir müddət əvvəl baş katib açıqlama verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti ilə 2005-2008-ci illərdə fəaliyyət göstərmiş işçi qrupun bərpa olunması məsələsini müzakirə edib, bu qrupun yenidən bərpa olunmasını təkilf edib və bu təklif prinsipcə qəbul olunub.
 

Norveç hökuməti ilə birbaşa bağlı olan Norveç fondlarının (əsasən də Norveç Xarici İşlər Naziliyinin maliyyələşdirdiyi Norveç İnsan Hüquqları Evinin ) himayəsində olan Xədicə İsmayılova və onun kampaniyası dərhal fəaliyyətə başladı.
 

Məqsəd nə idi?

İlk növbədə, əvvəlki tərkibin gözdən salınması üçün milli və beynəlxalq çərçivələrdə kampaniyalar başladı. Cəmiyyətdə heç bir nüfuzu və o qədər də yaxşı reputasiyası olmayan şəxslər İşçi qrupunun etimadı itirməsi (kimin yanında?), hökumətə işləməsi barədə müxtəlif rəylər yaratmağa çalışdılar. Paralel olaraq müxtəlif lobbi qrupları vasitəsi ilə yaradılacaq işçi qruplarında Norveç İnsan Hüquqları Evinin təsiri altında olan şəxslərin yerləşdirilməsinə səy göstərdilər.
 

İşçi qrupunun fəaliyyətinin bərbası və həmin qrupda hökumət üçün həssas hesab olunan məhkum məsələlərinin müzakirəsi "ölkədə hökumətin vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş basqılara başlaması" ilə bağlı Norveç fondlarının başladığı kampaniyanı şübhə altına alacaqdı.
 

Deməli, ya bu qrup yaranmamalıdır, bu mümkün olmasa, onun qeyri-legitim olması barədə Avropada təbliğat kampaniyası keçirmək və onu gözdən salmaq lazımdır, bunlar da alınmayanda işçi qrupuna daxil olmaq və onun fəaliyyətini iflic etmək. Əsas məqsəd bu idi.
 

Fəaliyyətinin bərpa olunması nəzərdə tutulan işçi qrupunun gözdən salınması kampaniyası

Xədicə İsmayılova 21 oktyabr 2014-cü il tarixində özünün Facebook səhifəsində bərpa olunması gözlənilən işçi qrupunun üzvlərini aşağılayan yazısında göstərirdi ki, "Mən Avropa Şurası baş katibinə məktub yazıb, sonra da beynəlxalq hüquq müdafiəçiləri ilə bərabər onunla Strasburqda görüşüb, siyasi məhbusların işi üzrə işçi qrupla bağlı təklifin riskli məqamlarını nəzərinə çatdırmışdım". Xədicə İsmayılova açıq aşkar yazır ki, o əvvəlki tərkib işçi qrupunu gözdən salmaq üçün səy göstərib. Gözdən salma kampaniyasının əsas istiqamətləri tərkibdə olmuş hüquq müdafiəçilərinin gözdən salınması, onların hakimyyətə satılması ilə bağlı böhtanlar və s. olmuşdur.
 

Taktikanı dəyişmək lazım gəldi

İşçi qrupunun əvvəlki tərkibini tamamilə dəyişdirməyin mümkün olmadığını anlayanda (qrupda olan hüquq müdafiəçiləri o şəxslərdir ki, onlar hələ ötən əsrin 90-cı illərindən beynəlxalq aləmdə mövqe qazanmışdı və onları böhtan dolu donoslarla sıradan çıxarmaq Xədicəlik deyil) heç olması özünün həmin qrupda üzvlüyünün təmin olunması uğrunda mübarizəyə başladı. Bu işdə ona, əlbəttə ki, Norveç fondları lobbiçilik edirdi.
 

Amma Avropa Şurası kimi bir təşkilata problemin həlli daha çox lazım idi. Avropa Şurasının effektiv milli mexanizmi Xədicə İsmayılovanın və onun havadarlarının kaprizinə qurban vermək niyyəti yox idi. Buna baxmayaraq, Xədicə İsmayılova namizədliyinin irəli sürülməsinə nail oldu. O, işçi qrupda təmsil olunmaq naminə vədlər də verdi. Amma işçi qrupunda təmsil olunan hüquq müdafiəçilərinin birmənalı və yekdil mövqeyi bu oldu ki, Xədicə İsmayılova ilə bir qrupda işləyə bilməyəcəklər. Hər birimizə bəlli idi ki, Xədicə İsmayılovanın məqsədi bu formatda bərpa olunan diloqu pozmaqdır. Bunun üçün ən yaxşı üsul qrupa daxil olmaq və provokativ üsullarla qrupun işini iflic etmək idi.
 

Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi ilə hüquq müdafiəçilərinin bir neçə saat davam edən müzakirələri nəticəsində onun digər KİV nümayəndələri ilə birgə işçi qrupunun işini müşahidə etməsinə razılıq əldə edildi. Amma o öz Facebook səhifəsində işçi qrup üzvlərini aşağıladıqdan sonra özü-özünü çıxılmaz vəziyyətə saldı. Hər addımını Norveçlə razılaşdıran xanım bu dəfə özü öz planını alt-üst etdi.
 

Adam tapılmayanda

Bəs belə naşı adamın nəyi norveçliləri və Azərbaycana təzyiq etmək istəyən digər qüvvələri cəb edir? Çünki normal insanların heç biri belə iyrənc və çirkin oyunlara getməz. Təəssüf ki, Xədicə İsmayılova tək deyil, özü ağılda xeyli insanı da bu çirkin oyununa cəlb edə bilib.
 

Provokasiya baş tutmadı

Amma bütün səylər boşa çıxdı. İşçi qrup bərpa olundu. Azərbaycan hökuməti öz vətəndaşlarını təmsil edən vətəndaş cəmiyyəti nümayəndələri ilə dialoqa hər zaman hazır olduğunu nümayiş etdirdi. İnsan hüquqlarının müdafiəsi sahəsində veteran sayılan həmkarlarım isə bütün çətinliklərə və misili görünməmiş böhtan kampaniyasına baxmayaraq, yenidən təmənnasız olaraq ölkə daxilində olan problemlərin həllində səy göstərmək əzmini nümayiş etdirdi.


Sahib Məmmədov -
İnsan hüquqları məslələri üzrə birgə işçi qrupu