"Xədicə İsmayıl öz fəaliyyətini anormallıq üzərində qurub"
Day.Az представляет новость на азербайджанском языке.

Xədicə İsmayılın anti-milli fəaliyyəti, xarici təşkilatların diqtəsi və xüsusi tapşırığı ilə ictimai dialoqu pozması cəhdləri ilə bağlı ekspertlərin SİA-ya açıqlaması:

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev: "Xədicə İsmayılla yanaşı, 2-3 nəfər də var ki, onlar konkret olaraq Azərbaycan xalqına düşməndirlər. Düşmənçilik üçün müxtəlif üsullara əl atmaqdan belə çəkinmirlər. Təbii ki, həmin iyrənc üsulların heç biri insanlığa yaraşan hərəkət deyil. Xədicə İsmayıl kimiləri nə qeyrət, nə namus, nə ar, nə də mədəniyyət bilir: "Bu hərəkətlərinin arxasında ilk növbədə pul dayanır. Belə ki, Azərbaycana düşmən olan qüvvələr onları öz əllərində saxlayaraq vaxtaşırı pul verirlər. Digər tərəfdən onların genetik kökünü axtaranda görərik ki, kökləri Azərbaycana düşmən olan millətlərə gedib çıxır. Bu səbəbdən də burada izah ediləcək ayrı məntiq yoxdur. Çünki şüurlu düşünən insan heç vaxt öz millətinə qarşı düşmənçilik mövqeyindən çıxış edə bilməz".

M.Quliyev onu da qeyd edib ki, hətta Azərbaycanın açıq düşməni olan ermənilər belə onlar kimi etmirlər: "Bir sözlə, onların hərəkətlərinin arxasında iki faktor dayanır. İlk növbədə onlar bizə düşmən mövqedən yanaşan dairələrin əlində alətdirlər. Buna görə də həmin dairələrin vəsaiti hesabına xidmət göstərirlər. Ya da görünür, onların genetik kökləri xarabdır. Bütün bu kimi hərəkətlərin hamısı Dağlıq Qarabağ probleminin həll edilməsinə mane olmaq, eləcə də Azərbaycanın regionda artan nüfuzuna kölgə salmaq cəhdlərinin bariz nümunəsidir".

YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Xədicə İsmayıl nə jurnalist kimi, nə də vətəndaş kimi özünü təsdiq edib. Bu insanın bütövlükdə məqsədi pozuculuq, dağıdıcılıq və qanunlara zidd əməllərlə məşğul olmaqdır: "Düşünürəm ki, aidiyyatı qurumlar öz fəaliyyətlərində bu məsələni nəzərə alacaqlar. Xədicə İsmayılın kimliyi (mənəviyyatı, fəaliyyəti və s.) artıq Azərbaycan ictimaiyyətinə bəllidir. Bu şəxs yalnız anti-Azərbaycan, ermənipərəst qüvvələrin və xaricdə olan ermənipərəst dairələrin aləti rolunu oynayır. Hesab edirəm ki, X.İsmayıl Azərbaycan vətəndaşı olaraq vətəndaşlıq mövqeyinin qanunsuz şəkildə olmasından bixəbərdir. O, yalnız bu torpağın suyunu içib, çörəyini yeyib, havasını udaraq Azərbaycanı bütün hallarda ləkələyərək, ölkəmizin mənafeyinə xələl gətirməyə çalışır. Təbii ki, bu da onun daxili xislətini ortaya qoyur və təsdiq edir. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı onun kimliyi, fəaliyyəti ilə bağlı obyektiv və düzgün qiymətini verməlidir.

Ümumiyyətlə, bu şəxsin bütün əməlləri təxribata hesablanıb. Əgər siz araşdırsanız, görərsiniz ki, onun "AzadlıqRadiosu"nda apardığı bütün verilişlərin hər biri aranı qızışdırmağa yönəlib. Necə deyərlər, bu, bir növ "bulanıq suda balıq tutmaq" sevdasıdır. X.İsmayılın daxili xisləti, əməlləri anormaldır və bu prinsip üzrə də o, öz fəaliyyətini qurub".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli: "Bu günə qədər Xədicə İsmayılın davranışları yalnız təxribat xarakterli olub. Xədicə İsmayıl jurnalistdirmi? Bu sualın birmənalı şəkildə cavabı xeyrdir, Xədicə İsmayıl jurnalist deyil. Həmçinin o, hüquq müdafiəçisi də deyil. Eyni zamanda özünü Azərbaycan vətəndaşı kimi də aparmır. Yəni, Xədicə İsmayıl standartların heç birinə uyğun gəlmir. Donosları göz qabağındadır. Bu günə qədər atdığı addımlar, xarici dairələrin vasitəsi ilə Azərbaycanda ayrı-ayrı adamların ləkələnməsi istiqamətində həyata keçirdiyi kampaniyalar, böhtan və şər xarakterli materialların dərc olunması, insanları təxribata çəkmək, onların şəxsi həyatlarına müdaxilə etmək, saysız-hesabsız məsələlər var ki, onların hər biri Azərbaycan qanunvericiliyi, ümumiyyətlə dəyər normalarının pozulmasıdır. Bu baxımdan Xədicə İsmayılın son addımlarında fərqli istiqamətdə dəyərləndirmək mümkün deyil.

E.Mirzəbəyli bildirib ki, Azərbaycanda insan haqları üzrə işçi qrupunun bərpa olunaraq fəaliyyətini davam etdirməsi və bu istiqamətdə ictimai sektorun nümayəndələri ilə dövlətin birbaşa təmaslar quraraq birgə addımlar atması çox önəmli hadisədir: "Bu addımlara heç Avropa ölkələrində belə rast gəlinmir. Ancaq bütün bunların fövqündə Xədicə İsmayılın insanları təxribata çəkməsi, Azərbaycanın ictimai-siyasi həyatında önəmli rolu olan insanlara qarşı aqressiv münasibət bildirməsi, təhqir etməsi, onun bütün mahiyyətinin yalnız təxribatçılıqdan ibarət olmasını ortaya qoyur".