Azərbaycanın millət vəkilləri TürkPA komissiyasının iclasında iştirak edəcəklər
Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın millət vəkilləri Sədaqət Vəliyevaİqbal Ağazadə TürkPA komissiyasının iclasında iştirak etmək üçün aprelin 28-dən mayın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.

Milli.Az bildirir ki, Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurumun Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının dördüncü iclasında "TürkPA üzvü olan ölkələrdə seçkilər, seçki sistemləri və Assambleyanın seçki müşahidəsi fəaliyyətləri" mövzusunda hesabat məruzəsi dinləniləcək. Mövzuya dair tövsiyə qərarı qəbul ediləcək. Komissiyanın növbəti iclası ilə əlaqədar təşkilati məsələlərə baxılacaq.

Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcəklər.