Deputat: Azərbaycan Avropa Oyunlarına layiq olduğunu sübut edir

Day.Az представляет новость на азербайджанском языке:

Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı aprelin 24-də Çanaqqala zəfərinin 100 illik yubileyinin keçirilməsini təqdir edib.

Publika.az xəbər verir ki, YAP-çı deputat qeyd edib ki, bu tədbirin yüksək səviyyədə keçirilməsi Türkiyə və Azərbaycanın dünyada və regionda artan nüfuzunu bir daha nümayiş etdirib.

A.Mirzəzadə həmçinin Avropa Oyunlarının məşəlinin yandırılmasını ikinci böyük hadisə adlandırıb: "Bu məşəlin yandırılması Azərbaycanın bu oyunlara layiq olduğunu sübut edir".