Azərbaycandan qayıdan ermənilər özünü öldürür

Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycan tərəfindən Ermənistana qaytarılan erməni ailəsi intiharla hədələyir.
 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, İrəvanda Qevorkyan ailəsi 11-ci mərtəbədən özlərini ataraq intihar etmək istəyirlər.
 

Eqişe Qevorkyan və arvadı Ruzanna Mardaryan İrəvanda yerləşən 25 saylı binanın damına çıxaraq ətrafdakılara intihar edəcəklərini bildirib.

Hazırda hadisə yerində xilasedicilər işləyir, Onlar ərlə arvadı intihar fikrindən çəkindirməyə çalışırlar.
 

Xatırladaq ki, Qevorkyan ailəsi 2010-cu il, yanvarın 10-da Ermənistan_Azərbaycan sərhədini aşaraq Naxçıvan tərəfdən Azərbaycana qaçmışdı. Ailənin başçısı, 52 yaşlı Yegişe Qevorkyan Azərbaycana arvadı Ruzanna və üç uşağı ilə gəlmişdi. Ailə 2014-cü il, dekabrın 12-də öz istəyi ilə Ermənistana qaytarılıb.