Ermənilərin törətdikləri yanğın ordumuzun nəzarətindəki sahələrə keçib - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке.

---------
17:42

Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yanğınlar törətməkdə davam edirlər.

Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, işğalçılar bu dəfə Ağdamın işğalda olan Baş Qərvənd kəndi ərazisinə od vurublar. Geniş əraziyə yayılan alov neytral ərazilərdən ordumuzun nəzarətindəki sahələrə keçib.

Güclü yanğın zamanı minaların partlaması da müşahidə edilib. Yağmurlu hava şəraiti yanğınların cəbhəyanı kəndlərə keçməsinin qarşısını alıb. Yerli sakinər isə yanğından qaçan yırtıcı heyvanların və zəhərli ilanların kəndlərə tərəf gəlməsindən ehtiyat edirlər.


---------
17:21

Ağdamın işğal altında olan Baş Qərvənd kəndində başlayan yanğının miqyasının getdikcə genişləndiyi bildirilir.

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törətməkdə davam edir.

ANS TV-nin məlumatına görə, bu dəfə qarşı tərəf Ağdamın işğal altında olan Baş Qərvənd kəndinin ərazilərinə od vurub. Yanğın hazırda qoşunların təmas xəttindəki neytral sahəyə keçib. Yanğının miqyası getdikcə genişləndiyi bildirilir.

Amma alovun yaşayış sahələrinə keçmə ehtimalı yoxdur. Deyilənə görə, yanğın günorta saatlarından başlanılıb.

İki gün bundan öncə də yanğınlar başqa bir istiqamətdə - Tərtərdə törədilmişdi.

Qeyd edək ki, Ermənistan Slahli Qüvvələri Azərbaycan üçün əlamətdar olan günlərdə xüsusi ilə cəbhə xəttində aktivləşirlər. Bütün bunlara baxmayaraq, qarşı tərəf layiqli cavabını alır və cavab atəşi ilə susdurulur.