Ankarada 28 May Respublika Günü qeyd olunub - FOTO
Day.Az представляет новость на азербайджанском языке:
Məlumat üçün bildirmək istərdik ki, cari ilin 28 may tarixində Səfirlik tərəfindən Ankarada J.W. Marriott Mehmanxanasında 28 May Respublika Günü münasibətilə geniş tərkibli rəsmi qəbul təşkil edilmişdir.
Tədbirdə, Türkiyə Respublikası Baş Nazirinin müavini Yalçın Akdoğan, Türkiyə Böyük Millət Məclisinin Sabiq Sədrləri İsmet Sezqin və Hikmət Çətin, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı ordu generalı Abdulla Atay ilə yanaşı 27 general, millət vəkili Sinan Oğan, müxtəlif siyasi partiyaların təmsilçiləri, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, çox sayda QHT-lərin rəhbərləri və nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak etmişlər. Həmçinin 28 May Respublika Günü münasibətilə tədbirin təşkil olunduğu J.W. Marriott Mehmanxanasına çox sayda müxtəlif qurum və şəxslər tərəfindən əklil və çiçəklər göndərilmişdir.
Tədbir Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamışdır. Ardından açılış nitqi üçün Səfir Faiq Bağırov kürsüyə dəvət olunmuşdur. Səfir öz çıxışında, müsəlman Şərqində ilk demokratik və dünyəvi dövləti yaradan Azərbaycan xalqının mədəni səviyyəsi və dövlətçilik ənənəsinə diqqət çəkərək, xalqımızın tarix boyu öz müstəqilliyi üçün böyük bədəllər ödədiyini vurğulamışdır. Səfir həmçinin ölkəmizin hər sahədə sürətli inkişaf yolu keçməsindən əsaslar gətirərək, Bakının ilk Avropa Oyunlarını təşkil etmək hüququnu qazanmasının Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən strategiya sayəsində Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun, ölkəmizin iqtisadi qüdrətinin göstəricisi olduğunu qeyd etmişdir.
Daha sonra söz, Türkiyə Respublikası Baş Nazirinin müavini Yalçın Akdoğana verilmişdir. Türk rəsmisi öz çıxışında Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın uğurla inkişaf etdiyini, TANAP başda olmaqla birlikdə həyata keçirilən qlobal layihələr sayəsində iki ölkənin dünyanın parlayan ulduzlarına çevrildiyini vurğulamışdır.
Ardından 28 May Respublika Günü münasibətilə hazırlanmış tort kəsilmiş və tədbir iştirakçılarına möhtəşəm ziyafət verilmişdir.
Qeyd etmək istərdik ki, tədbir iştirakçılarına türk dilində nəşr etdirilmiş "Heydər Əliyev" və "İlham Əliyev" kitabları ilə yanaşı "İrs-Miras" və "Diplo Atlas" jurnalları təqdim olunmuşdur. Tədbir Türkiyənin TRT HABER, TRT AVAZ telekanalları və Anadolu Agentliyi tərəfindən işıqlandırılmışdır.
Böyütmək üçün şəkillərə klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре