Bahar Muradovadan Nardaranla bağlı açıqlama
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanda heç kim öz gizli məqsədlərini nə din, nə də siyasi pərdələr altında gizlədərək həyata keçirməməlidir.
Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova Nardaranda baş verən hadisələrə qiymət verərkən deyib.
Vitse-spikerin sözlərinə görə, gizli məqsədlər əvvəl-axır aşkarlanır və qiymət verilir: "Ona görə də hər bir kəsə Azərbaycandakı demokratik ab-havadan, sərbəst toplaşmaq azadlığından istifadə edərkən qanunun tələblərini unutmamağı tövsiyə edirəm".
Nardaranda baş verənləri narahatlıq doğuran hadisə sayan B.Muradova bunları hüquqa zidd hərəkətlər sayıb: "Hüquqa zidd hərəkətin isə hüquqi qiyməti verilməlidir. Hesab edirəm ki, müvafiq dövlət qurumları öz vəzifələrini zamanında və uyğun şəkildə yerinə yetirməkdədirlər".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре