"Воскресное чтиво" на Day.Az: Стихи наших читателей

4 июля 2015 09:05 комментария

В рамках рубрики "Воскресное чтиво" на Day.Az представляет стихотворения нашей читательницы Фариды Атаевой.

Мы призываем наших читателей продолжать посылать свои произведения на электронный адрес office@day.az.

Ana nəsihəti

Qaytarmaq istəsəz haqqımızı siz

Sizdən haqq istəsək haqqımız zəhmət

Zəhməti zəhmətlə böləsiz gərək

Zəhməti heç nəyə etməyin hədəf.

Deməyin biz sizdən narazıyıq yox

Ürəyə sancılan hər hansı bir ox

Ana ürəyindən keçməsin heç vaxt

Qorxuram yerini dəyişər bir vaxt.

Anayam, baxaram, ürəyim ağrar

Gözümü yumsam da, rəngim saralar

Söz demək istəsəm dilim dolaşar

Qiymətli atalar məsəlimiz var

"Nə doğrarsan aşına, o çixar qaşığına".

Sizi başa düşən, sizi izləyən

Sizə məhəbbətdən dağlar yüksəldən

İlahi bir qüvvə anadır, ana

Ürəkdən - ürəyə yol salın ona.

* * *

Bəzən gileylənir ana övladdan

Övladlar dünyaya eynilə gəlir

Bizi Yaradannan gəlməz bir xəta

Tərbiyə atadan, anadan gəlir.

Hər kəs böyüdərsə ağıllı övlad

Ata, ana üçün sərvətdir bu ad

Şərəfi, şöhrəti vətən verəcək

Ürəkdən el-oba əhsən deyəcək.

Ağac şaxələnib bəhər verirsə

Ananın bəhəri övladdır ancaq

Ağaclar kötükdən qida alırsa

Övlad əməlindən qidalanacaq.

Ata dayağımız, vüqarımızdır

Ana zəhmətimiz hər anımızdır

Nənə nəsihəti meyarımızdır

Həyat düşüncəmiz amalımızdır.

Özünü zəhmətə heç salmayanlar

Hər bir çətinlikdən uzaq duranlar

Sabahı övladdan özü nə umar

Artıq söz-söhbətə yol verər onlar.

Gəlin, söz-söhbətə salmayaq heç biz

Övladı naxələf sanmayaq heç biz

Bu, bir oyun deyil qismətdir deyək

Sonrada övladdan biz gileylənək.

Bu mənim təcrübəm, həm də zəhmətim

Açıq bir ürəklə sizə söylədim

Hər bir əziyyətə qatlansaq əgər

Zəhmət olan yerdə, hər iş düzələr.


34 комментария

  • Аноним

    5 июля 2015 12:16

    Prekrasnie stixi... ochen dushevnie

  • Azad

    5 июля 2015 12:19

    Çox gözəl şerlərdi. Çox bəyəndim

  • Аноним

    5 июля 2015 13:50

    Super

  • Ayla

    5 июля 2015 13:55

    Çox gözəl şerlərdi... Ən çox isə bu misraları bəyəndim...

    "Hər bir əziyyətə qatlansaq əgər
    Zəhmət olan yerdə, hər iş düzələr."

  • Орхан

    5 июля 2015 13:56

    Cупер стихи... Из жизни и для жизни)

  • Лулу

    5 июля 2015 13:58

    по больше таких стихов. очень поучительные

  • Аноним

    5 июля 2015 14:03

    Anam mənim. Çox gözəl və düşündürücü...

  • Аноним

    6 июля 2015 13:29

    Вода не идет из крана
    вода не идет из крана
    вода не идет из крана
    ей поливают газоны
    Пой ашуг пой
    Ай няням
    мы споём вместе с тобой

  • Аноним

    6 июля 2015 19:51

    Urekden yazildigi hiss olunur. Chox gozel ve oyredici

  • Xatirə

    6 июля 2015 23:28

    Kaş analar uşaqları haqqında düşündüyü kimi, uşaqlarda anaları və ataları haqında düşünəydilər

  • Мамед

    6 июля 2015 23:30

    Интересные стихи

  • Аноним

    7 июля 2015 00:15

    Super super

  • Мария

    7 июля 2015 09:07

    Приятные стихи

  • Лейла

    7 июля 2015 16:20

    очень красивые мысли... так держать!

  • Аноним

    8 июля 2015 16:03

    не то, сорри, набор слов, мысли пропадают, все они незаконченные, пока не получилось, может в будущем

    • 9 июля 2015 12:15

      Ana dilivizde yazmaqi oyrenin sonra isebawqalarinin weirine werh verin.

  • Мая

    8 июля 2015 21:45

    Супер стихи... от сердца

  • Sevinc

    8 июля 2015 21:46

    Çox xoşuma gəldi... nəsihətli misralardı

  • Ceyhun

    10 июля 2015 16:51

    Əla şeirlərdi... görəsən bu xanımın satışda kitbaı var?

  • Tural

    12 июля 2015 23:18

    Maraqlı və qeyri-adi yazı tərzi var... içdən yazıldığı hiss olunur... öyüd və nəsihət doludu

  • Emil

    15 июля 2015 08:51

    Belə şeirlərdən nə qədər çox olsa o qədər də yaxşıdı. Çox sag ol, Müəllif!

  • Aysel

    15 июля 2015 08:52

    Mən özümə bu misralardan nəticə çıxartdım. Çox sag olun Fəridə xanım.

  • Аноним

    16 июля 2015 13:48

    Feyzal@inbox.ru
    Lazım gəlsə ana dilindən dərs də keçərəm, mənə görə narahat olmayın, amma bunlar şer deyil, fikrimdə də qalıram

  • Аноним

    16 июля 2015 13:51

    müəllif yəqin ki, çox gözəl anadır, gözəl duyğuları var, amma onları şeirə çevirmək üçün tezdir hələ

  • LALA

    25 июля 2015 23:19

    Beyenmemek gunahdi. Super misralardi

  • Аноним

    16 августа 2015 10:15

    Olduqca derin mena var. Ela!

  • Emil

    16 августа 2015 10:16

    Basha dushulen ve chox derin yazilib. Her kes nese oyrene biler bu brndlerden...

  • Аноним

    30 августа 2015 21:06

    Chox sag olun, Muellif.

  • Fuad

    17 сентября 2015 18:39

    Chox deyerli fikirlere gore sag olun

  • İlqar

    17 сентября 2015 18:40

    Ela... chox beyendim

  • Elcin

    14 октября 2015 17:59

    Chox gozeldi... minnetdaram.

  • Lamiye

    14 октября 2015 18:00

    Anadan utun balalara nesihet... chox sag olun

  • Elay

    14 октября 2015 18:13

    Urekden ve heyatdan goturulduyu ilk misradan hiss olunur... adi heyatimizda o qeder gormediyimiz ve hiss etmediyimiz sheyler var ki... bize adi gelen amma oturub dushundukde ne qeder boyuk mena dashidiglarini anladigimiz. Gelin boyuklerimizi canimizdan chox isteyek. Ve ele yashayaq ki, son nefesde kash bele etmezdim demeyek... muellif adi ve her kesin anlaya bileceyi sade dille choooox boyuk ve onemli sferalara toxunur. Chox sag olun Feride xanim... bu misralara bu qeder mena ve nesihet ufure bildiyiniz ucun. Chox sag olun ki, varsiz ve yazirsiz... chox sag olun ki, urekden yazirsiz!!!

  • Sevinc

    6 декабря 2015 00:00

    Cox xosum geldi.Kaw ki hami sizin kimi duwuneydi,onda ne qocalar evine ne de korpeler evine ehtiyac olardi.