Azərbaycanın şou-biznes əhli qeyri-adi toyda bir araya gəldi - FOTOSESSİYA

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.

Dünən Bakıda müğənni Xatunun qardaşı, məşhur saç ustası Balaşın toyu oldu.

Milli.Az xəbər portalı bildirir ki, Balaşla Gülnarın toy məclisi, dəvətnaməyə görə, saat 17.00-da başlanmalı olsa da, nə az, nə çox - düz 3 saat gecikərək 20.00-da başladı. Səbəb kimi isə şəhər küçələrindəki avtomobil tıxacları, bir də gəlinin gec bəzədilməsi göstərildi.

Cütlük gecikməkdəykən, şadlıq sarayında ardıcıl olaraq bir neçə dəfə Balaş barədə çəkilmiş videoçarx nümayiş olundu. Aparıcısı Anar Nəcəfovun təqdimatı ilə başlayan videoçarxda Balaşın uşaqlıq illərindən və iş həyatından bəhs edirdi.

Nəhayət, bəylə gəlin şadlıq sarayına gəldilər. Amma onlar ənənəvi olaraq "Vağzalı" ilə yox, xarici mahnının sədaları altında mərasim zalına daxil oldular. Evlilik sənədini imzalayıb, Nikah haqqında Şəhadətnaməni qəbul edən cütlük daha sonra lirik bir mahnıya rəqs etdilər.

Balaşla Gülnarın nikah şahidi isə teleaparıcı-prodüser Pərviz və Balaşın bacısı Aliviya idi.

Qonaqların çox olduğu toyda xeyli tanınmış sənətçi də vardı.

Toyun maraqlı məqamlarından biri də bəyin bacıları Xatun və Aliviyanın eyni - yaşıl rəngli paltarda olmalarıydı.

Müğənni Xatunun dediyinə görə, qardaşının toyunda bacısı ilə eyni paltar geyəcəyini əhd ediblərmiş. Onun dediyinə görə, toyda da əhdlərinə sadiq qalaraq, "Budur, gəlir cüt bacı!", yaxud "İkisi bir boyda gəzən gözəllər" deyimlərini həyata keçirirdilər.

Bundan başqa, Azərbaycan Dövlət Mahnı Rəqs ansamblın solistlərinin çıxışları, stilist Samirin qeyri-adi hərəkətlərlə məclis boyu rəqs etməsi, prodüsser Zöhrab Ağayevin uzun saçları ilə qonaq arasında gəzişməsi diqqəti cəlb edən məqamlardan idi. Müğənni Xuraman Şuşalının toya anası ilə, Nadir Qafarzadənin həyat yoldaşı ilə gəlməsi də hər kəsin marağında idi.

Toyda diqqət çəkən məqamlarda biri də Gülnar xanımın qeyri-adi gəlinlik donu idi. Gəlin belindəki qırmızı lentlə eyni rəngdə şalvar geyinmişdi...

Müğənni Xatunun, Milli.Az xəbər portalına verdiyi məlumata görə, Balaş bir il əvvəl Şabran rayonunda qonaq olarakən uzaq qohumu Gülnarı görür və bəyənir. Bunula da Gülnarla ailə qurmaq qərarına gəlir. Xatun onu da qeyd etdi ki, Balaş hələ lap gənc ikən hicablı, inanclı qız ailə quracağını deyirdi...

Toydakı qonaqlar arasında sənətçilər Flora Kərimova, İlahə, Nadir Qafarzadə, Vaqif Şıxəliyev, Ramal, Elnur Məmmədov, Səidə Sultan, Niyaməddin Selami, aktyor Elnur Kərimov və başqaları iştirak edirdilər.

Sonda isə bəy-gəlin "Vağzalı" sədaları altında toy məclisini tərk etdilər.

Xatırladaq ki, ixtisasca stomatoloq olan Balaş saç ustası kimi fəaliyyət göstərir.

Нажмите на фотографии для увеличения: