Azərbaycanlı müğənninin "Dəli eşq"i sərhədlər aşır Yenicə "Dəli eşq" adını yaraşdırdığı albomunu musiqisevərlərə teqdim edən əməkdar artist, Rəşid Behbudov adına Mahnı Teatrının solisti Lalə Məmmədovanın daha iki musiqi toplusu hazırlanacaq. Bu barədə Milli.Az-a müğənninin mətbuat katibiİlkin Babayev məlumat verdi.

"Özəllik ondadır ki, hazırlanacaq hər iki disk Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyi və Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə həm dəli "Dəli eşq", həm də türk mahnılarından ibarət yeni diski işıq üzü görəcək. Bu albomlar həm Qırğızıstanda, həm də bütün türk dunyasında satışa çıxarılacaq. Albomlar hazır olandan sonra Lalə xanım Bişkekə səfər edərək təqdimat mərasimlərinə özü də qatılacaq".

Mətbuat katibi baş tutacaq mərasim haqqında daha geniş açıqlama verəcəklərini də bildirdi.