İbrahim Tatlısəs: "Təcavüz etmədim" Day.Az представляет новость на азербайджанском языке.

İbrahim Tatlısəs özü haqqında təcavüz iddiasında olan oriental rəqqasə Sibel Gökçe, iddianı ekrana gətirən TV kanalı, prodüser və proqramçını məhkəməyə verdi.

"Azadinform" xəbər verir ki, sənətçi ümumilikdə 60 min lirə təzminat tələb edib.

Qeyd edək ki, rəqqasə Sibel Gökçe ötən həftə qatıldığı Sacit AslanPelin Çininin təqdim etdiyi "Aramızda kalsın" proqramında 20 yaşındaykən İbrahim Tatlısəsin təcavüzünə uğradığını iddia etmişdi. Gökçenin şərhindən sonra məhkəməyə müraciət edən Tatlısəs böhtan və təhqir ehtiva edən bu əsassız ifadələrlə qürurunun qırıldığı, etibarının zədələndiyini bildirib. "Mən kimsəyə təcavüz etmədim", - deyə Tatlısəs bildirib.