Azərbaycanlı model Günay Musayeva Türkiyədə atılacaq Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin populyar aktrisa və teleaparıcısı Qamze Özçelik yeni layihədə işə başlayır.

Milli.Az AHT-yə istindən bildirir ki, Show TV telekanalında nümayiş ediləcək və şou-biznes ulduzlarının tramplindən hovuza atılacaqları "Ben Burdan Atlarım"ın aparıcısı Özçelik olacaq.

"Ben Burdan Atlarım" yarışmasında Atilla Taş, Tuğba Özay, Bayhan, Semiha Yankı, Önder Bekensir, Verda Penso, Asena, Sema Çelebi, Flaş TV telekanalının aparıcısı Gökhan Taşkın ilə yanaşı, azərbaycanlı model Günay Musayeva da mübarizə aparacaq.

Üç nəfərlik münsiflər heyəti tramplindən atılanlara xallar verəcəklər. Hər həftə yarışmada ən az xal qazanan iştirakçı mübarizədən kənarlaşdırılacaq.