Rəqqasə Oksana: "Hər şey birdəfəlik bitib"

Day.Az представляет новость на азербайджанском языке.


Ötən il mart ayının 27-də repçi Elşad Xose ilə ailə quran Oksana toy gününü unutmayıb.

Axşam.az-ın məlumatına görə, boşanmalarına baxmayaraq, rəqqasə martın 27-sinin onun həyatında həmişəlik iz buraxdığını deyib. Hətta o, hisslərini Facebook profilində yazıb:

"O gün haqda yazmaq çətindir. Bilirəm ki, nəyin necə olmasına baxmayaraq, hər şey birdəfəlik bitib. Amma bu tarix həyatımın ən xoşbəxt və unudulmaz günü idi. Və mən həmin tarixi heç vaxt unutmayacam. Soruşsanız niyə, cavab verməyəcəm. Həyatda hər şey ötüb keçsə də, ürəkdə kiçik bir iz qoyur".