Ramil Nəcəfli: “Nadir Qafarzadənin psixoloqa çox ehtiyacı var”

Day.Az представляет новость на азербайджанском языке.

Problemi olan bir çox insanlar kimi yəqin ki, efir məkanının tanınmış simaları olan müğənnilərimizin də psixoloqa ehtiyacı olduqları məqamlar olub. Bu haqda danışmaq üçün psixoloqlara müraciət etdik. Psixoloq Ramil Nəcəfli müğənnilərin cadugərlərin yanlarına getmələrinin, fal açdırmalarının, şöhrətpərəstliyinin psixoloji problemlərlə bağlı olduğunu deyib: "Ümid var" verilişində qonaq qismində iştirak edirdim. Mənimlə yanaşı Nadir Qafarzadə də studiyada əyləşmişdi. Onun "məni hədələyirlər, problemlərim var. Hiss eləyirəm ki, öləcəyəm. Ölməyimdən qorxuram" sözləri psixoloji probleminin olmasından xəbər verir. Verilişdə də bu haqda danışdım. Nadir Qafarzadənin psixoloqa çox ehtiyacı var. Mən şəxsən bunu gördüm deyə, fikrimi də əminliklə söyləyirəm. O, xəstəlikdən, ölümdən çox danışır".
 

-Sizə müraciət edən məşhurlar kimlərdir?

-Psixologiyanın etikasına görə qəbulumda olan şəxslərin adını açıqlaya bilmərəm.
 

-Ümumiyyətlə bir psixoloq kimi sizə müraciət edən müğənnilərdə əsas hansı problemlər müşahidə etmisiniz?

-Müğənnilərin çoxunda müəyyən qorxular olur. Onlar göz dəyəcəyindən qorxub falçılara, cadugərlərə üz tuturlar. Həqiqətən də müğənnilərin psixoloji yardıma çox ehtiyacları var. Ümumiyyələ onlar tez-tez depressiyaya düşürlər. Arada yoxa çıxıb özlərinə də qapılırlar. Lakin bununla belə psixoloqa da müraciət etməkdən çəkinirlər. Özləri öhdələrindən gələcəklərini düşünürlər. Bu yolla səhhətləri korlanır, əmək qabiliyyətlərini itirir, ya da ki, falçıya üz tuturlar. Əslində elə cadugər və falçı yanına gedənlərin də birbaşa psixoloqa ehtiyacı var.
 

-Bəs, niyə yardım üçün psixoloqa müraciət etmirlər?

-Çox zaman onlar problemlərini etiraf edirlər, amma psixoloqa ehtiyacı olduqlarını demək istəmirlər. Bunu özlərinə sığışdırmırlar. Teymur əminin də müəyyən qədər psixoloqa ehtiyacı ola bilər. Amma əslində o zəmanə adamıdır. Bir tərəfdən mən də onun atdığı addımları dəstəkləyirəm. O yaşda olan bir çox müğənnilərin psixoloqa ehtiyacı var. Çünki onlar öz potensiallarını qiymətləndirə, zəmanə ilə ayaqlaşa bilmirlər. Əslində Teymur əmi zamanın nəbzini tutmaqla bir çoxlarına da nümunədir. O, hansı vəziyyətdə necə davranmağın lazım olduğunu, vəziyyətdən çıxış yolu bilir. Amma bir çoxları bunu bacarmırlar. Sovet dövrünə qatılaraq əvvəlki günləri xatırlayır, yeni mühitə adaptasiya oluna bilmədikləri üçün çaşqınlıq içində qalıblar. Mənə elə gəlir ki, 50-60 yaşlı sənətkarlar keçmişi xatırlayaraq karifeylrədən dərs aldıqlarını deyir, bugünki mühitə isə adaptasiya olunmağı bacarmırlar. Keçmişlə yaşamaq bu günə uyğunlaşmamaq özü bir psixoloji problemdir. Adamı indiki zəmanəyə uyğunlaşdırmaq isə birbaşa psixoloqun fəaliyyətinə daxildir. Elza Seyidcahanın da müəyyən qədər psixoloji problemləri var. İncəsənət sahəsində nasizim xəstəliyindən əziyyət çəkənlər çoxdur. Bu xəstəlik xüsusi ilə yaşlı nəsil, tanınmışlar arasında geniş yayılıb. Şöhrətpərəstlik, özü haqda yüksək fikirdə olmaq, özünə vurğunluq, başqalarını özünə tabe etməyə çalışan tanınmış ifaçılar çoxdur. Elza xanımda da müəyyən qədər bu problemlər var. Müğənnilərin hamısında özünügöstərmə, şöhrətpərəstlik xəstəliyi var.
 

-50-60 yaşlı müğənnilərin böyük əksəriyyətinin bu günümüzlə ayaqlaşa bilmədiyini dediniz. Kimləri bu siyahıda istisna etmək olar?

-Məsələn Əli Mirəliyev haqda danışa bilərəm. O, bu yaşda olan bir çox şəxslərə zəmanə ilə ayaqlaşa bildiyi üçün nümunədir. Mən belə zəmanə adamlarını çox bəyənirəm. Lakin onun yaşıdları arasında keçmişlə yaşayanların böyük problemləri var. İlhamə Quliyeva da zəmanəyə uyğun adamdır.
 

-Müğənnilərdə əsas çatışmazlığı nədə görürsünüz?

-Əksəriyyətinin xalqın, insanların sadəlövhlüyündən istifadə edib onların heyssiyyatı ilə oynayıb ələ salmalarında. Camaatı avam yerinə qoyurlar. Halbuki insanlar hörmət qoyub, onlara pərəstiş edirlər.Gündə də bir yalanla ortaya çıxırlar. Biri çıxır deyir xəstəyəm, biri deyir filan orqanımı satıram, ya orqanımı çıxartmışam.
 

-İnsanların psixologiyasına təsir edən kliplər haqda danışaq. Konkret olaraq hansı klipin insan psixologiyasına mənfi təsiri haqda danışmaq olar?

-Ayanın son günlərdə Ədalət Şükürovla çıxan klipi əxlaqsızlığı təbliğ edir. Klipdə normal sevgidən yox, əxlaqsızlıqdan söhbət gedir. Camaatın ailəsi, uşağı var. Dəyərləri bir qəpiklik etməklə cəmiyyətə də, onların psixologiyasına da mənfi təsir edirlər. Məgər hamının sevgilisi olmalıdır, bunu niyə standarta çevirirlər? Özlərinin də psixologiyası pozulub, millətin də psixologiyasını pozurlar.

Psixoloq Dəyanət Rzayev isə mövzu ətrafında fikrini belə şərh edib: "Hərədə bir cür problem olur. Biz daima insanların problemlərini araşdırırıq. Mənə müraciət edən müğənnilər də az deyil. Konkret ad çəkmədən onların da problemlərinin çox olduğunu deyə bilərəm. Onların iş rejimləri də buna təsir edir. Elə olur ki, gecə işdə olurlar, səhər yatırlar. Rejimləri dəyişir. Qadın müğənnilərin daha çox psixoloji problemləri yaranır. Onlar yaradıcı insan olduqlarından bu kimi məsələlərə daha həssas yanaşırlar. Şəxsi münasibətlərdən başqa, yorğunluq, narahatlıq, həyəcan, münaqişəli məqamlar onlara pis təsir edir, stress yaşayırlar. Onların ailədaxili problemləri də bu sənətlə əlaqədar çox yaranır. Elə müğənnilər var ki, psixoloqa ehtiyacı olsa da onlara müraciət etmirlər. Onlar bu gün başqa cür, sabah isə tam başqa cür olurlar. Stabil həyat yaşamamaları müəyyən problemlər yaradır.
 

Ramil Nəcəflinin Nadir Qafarzadənni psixoloji problemləri olduğu haqda söylədiyi fikrinə müğənninin də münasibətini öyrəndik: "Mənim heç bir psixoloqa və psixoterapevtə ehityacım yoxdur. Hər şeyi özüm həll edirəm. Bu gün mən ayaqdayam, yüksək təbəqədəyəm, durmadan irəli gedirəmsə mən ağıllı insanam. Bunu heç kəs bacara bilməz, amma mən bacardım".
 

/Olaylar.az/