Müğənni Xatirə körpəsi haqqında danışdı

Day.Az представляет новость на азербайджанском языке.

Bir ay öncə ana olan müğənni Xatirə yenilikləri ilə tamaşaçıları sevindirəcək.

Bu haqda müğənni "OLAYLAR"a verdiyi açıqlamasında deyib: "Artıq bir həftədir ki, yenidən fəaliyyətə başlamışam. Yeni mahnılar üzərində işləyirəm. Tunarın "Bu sevgi", Nazimin "Məktub", Rabilin "Sakit səssizcə" mahnısını ifa etmişəm. Ola bilər ki, tezliklə "Sakit səssizcə" mahnısına klip də çəkdirim. Klipi Aqilə çəkdirməyi düşünürdüm. Lakin dünən bildiyiniz kimi mediada onun həbsi haqda məlumat yayıldı. Konsert haqda hələ ki, düşünmürəm. Amma albom çıxartmaq istərdim. Sadəcə hansısa proqramda ilk dəfə olaraq yeni mahnını ifa edib, 20 dəqiqədən sonra onun müxtəlif yerlərdə səsləndirilməsini eşidəndə çəkdiyim zəhmətə də heyfim gəlir. Albomu neyləyirəm ki?" Övladı haqda danışan Xatirə balasının şıltaqlığından da söz açıb: "Balamı çox istəyirəm. Gecələr oturur, gündüzlər yatır. Ağlayanda da bizi yuxusuz qoyur.

Əvvəllər daha çox mən baxırdım. Artıq bir həftədir ki, efirlərə çıxdığım üçün onu anamın öhdəsində qoyub aradan çıxmışam". Körpəsi ilə birgə fəaliyyətini davam etdirməyin çətin olduğunu deyən Xatirə İslam başqa çıxış yolunun olmadığını da söyləyib: "Çətin olsa da eləməliyəm. Oğlum Emilə hələ ki, anamla birgə baxırıq. Hamilə olduğum müddətdə toylara, efirlərə çıxmırdım. Buna görə, yenidən fəaliyyətimi davam etdirməliyəm". Xatirə həm də arıqlamaqla məşğuldur: "Artıq arıqlamağa da başlamışam. Hələ ki bir az arıqlamışam".

/Olaylar.az/