Reper Hüseyn Dərya Elşad Xoseyə bərk əsəbiləşib

Day.Az представляет новость на азербайджанском языке.

Axşam.az-ın məlumatına görə, o, reperin həmkarları haqqında dediyi "it hürər, karvan keçər" sözünə "Space" telekanalında yayımlanan "Pilus-minus" verilişində cavab verib.

Dərya bundan sonra Elşadın adını heç vaxt müsahibələrində çəkməyəcəyini bildirib:

"Bir insan gərək o qədər üzsüz olsun ki, xalqın ona qarşı mənfi fikrinə əhəmiyyət verməsin. Çıxıb mənim haqqımda deyir ki, boş-boş danışıram. Bu sözü mən deyə bilərəm. Çünki ilk vaxtlar elə bir zirvəni fəth etdim ki, bütün repçilərə yuxarıdan aşağı baxırdım.

Ay Elşad Xose, söz verirəm, adını bir daha efirdə çəkməyəcəm. Sənin ulduzun yenidən parlayacaq, əlində qılınc at belində meydan sulayacaqsan, şou-biznesdə yenidən partlayışlar edəcəksən, onda adını çəkərəm.

Məni tutulmağım, döyülməyim haqqında yalan şayiələr çıxartmaqla günahlandırır. Lazım gələrsə, Elşada sübut edərəm ki, mən, həqiqətən də, həbs edildim, döyüldüm, xəstəxanada yatdım. Bunların hamısının əlimdə dəlili var".