Müğənni Samir Piriyev: "Həmkarlarımın 90 faizi ikiüzlü, yalançı, ayaq altı qazanlardı"

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Samir Piriyevin Milli.Az-a müsahibəsi.

- Samir, küsülü olduğunuz həmkarlarınız var?

- Küsülülük kişiyə yaraşmır. Sadəcə, tanımadığım həmkarlarım ola bilər ki, onlarla münasibətim yoxdu.

- Bu günə qədər bəs sizdən inciyən həmkarınız olubmu?

- Vallah, bilmirəm. Bəlkə də, xəbərim olmadan məndən kimsə inciyib, amma bilərəkdən kiminsə xətrinə dəyməmişəm.

- Bu yaxınlarda Könül Kərimova, deyəsən, sizdən inciyib? Səbəb də verilişinizdə onunla etdiyiniz zarafat olub.

- Könül Kərimova hörmət bəslədiyim həmkarlarımdan biridir. Münasibətlərimiz də əladı. Həm verilişdən əvvəl, həm də verilişdən sonra. Sadəcə, saytlardan biri özlərinə oxucu cəlb etmək üçün elə yazmışdı ki, guya Könül xanımı verilişimdə pərt qoymuşam, guya məndən inciyib. Biz Könül xanımla o xəbər çıxandan sonra telefonla da danışdıq, əksinə Könül xanımı Beyons ilə müqayisə etdiyimiz üçün çox məmnundu.

- Haqqınızda yalan şayiələr tez-tez yayılır?

- Çox şükür başqa həmkarlarıma baxanda mənim haqqımda bu vaxta qədər nadir hallarda yalan şayiələr yayıblar. Oda ki, paxıllıqlarından yalan sözlər deyiblər.

- Paxıllığınızı çəkənlər çoxdur ki?

- İnanın ki, veriliş aparmazdan əvvəl belə şeylərə fikir vermirdim. Amma verilişim efirə gedəndən sonra çoxlarının iç üzünü gördüm. İndi, demək olar ki, həmkarlarımın 90 faizi ikiüzlü, yalançı, ayaq altı qazanlardı.

- Bəs onların əsl simalarını necə tanıdınız?

- Paxıllıq elə bir şeydir ki, onu gizlətmək çətin olur. Arxamca danışırlar ki, necə olur ki, Samir Piriyev heç kəsin ağlına gəlmədiyini elədi? Olub ki, üzümə də deyiblər. Onlara demək istəyirəm ki, hələ bu harasıdır? Siz hələ bundan da böyük uğurlarımı, inşallah, görə bilərsiz. Onda neynəyəcəksiz? Gərək özünüzü öldürəsiz ki.

- Daha hansı yenilikləri sizdən görəcəyik?

- Hələ ki, verilişimlə bağlı yenilikləri görəcəksiz. Sənətimlə bağlı isə konsert verməyə hazırlaşıram. Özü də bu konsert çox fərqli olacaq. Sizi təəccübləndirməyə çalışacam. Sürprizim də olacaq, inşallah.