Alman müğənni: "Bakının gözəlliyi məni valeh etdi"

Day.Az представляет новость на азербайджанском языке.

Bakı çox gözəl şəhərdir. Ötən il ölkənizin ev sahibliyi etdiyi "Eurovision" mahnı müsabiqəsini xarici telekanallar vasitəsilə izlədim. Şəhərinizin gözəlliyi məni valeh etdi.

Bu sözləri AzərTAc-ın müxbirinə müsahibəsində Almaniyanın "Eurovision" mahnı müsabiqəsində təmsilçisi, builki yarışmanın əsas favoritlərindən olan Kaskada demişdir.

Azərbaycanın bu müsabiqəyə ev sahibliyi etməsinin onu çox sevindirdiyini söyləyən Kaskada musiqinin dünyanı dəyişə biləcəyinə inandığını söyləmişdir. O, şou göstərməkdən, gözəl performans nümayiş etdirməkdən zövq aldığını və hər kəsin də könlünü oxşamaq istəyində olduğunu vurğulamışdır.

Mayın 18-də keçiriləcək final mərhələsində çıxış edəcək ifaçı yarışmada uğur qazanacağına və gələn bu müsabiqənin Almaniyada keçiriləcəyinə inanır: "Belə bir çətin seçim turundan sonra "Eurovision-2013" mahnı müsabiqəsində ölkəmi layiqincə təmsil etməyə çalışacağam. Bu, səhnədə olmaq möhtəşəm bir hissdir. Azərbaycan təmsilçisi Fərid Məmmədova da uğurlar diləyirəm. Ölkənizin təmsilçisi Fərid Məmmədovun ifasını dinlədim. Düşünürəm ki, onun performansı və ifaçılıq məharəti çox güclüdür. Təmsilçinizin müsabiqədə layiqli yerə sahib olacağına inanıram".

Repertuarında pop, rok janrında musiqilərə üstünlük verən müğənni "Germany Idol" müsabiqəsində uğurlu nəticə göstərmişdir.

Kaskada "Malmö Arena"da "Glorious" mahnısı ilə çıxış edəcəkdir. Müğənni bu mahnını məşhur prodüserlər Yan Paufer və Manuel Reuterlə birlikdə yazmışdır.