Müğənni Zarina Məmmədovanın "Sonrası"
Day.Az представляет новость на азербайджанском языке.
Milli.Az xəbər verir ki, estrada müğənnisi Zarina Məmmədova real hitə namizəd olacaq mahnısını üzə çıxarıb.
Sözləri və musiqisi hacı Nazim Məmmədova məxsus "Sonra" mahnısını müğənninin özü də çox bəyənir: "Bir neçə yeni mahnını yazdırsam da, dinləyicilərə məhz "Sonra"nı təqdim etmək istədim.
Mahnının qəlbə yaxın tempi var. Nə lirikadır, nə də dinamik. Bir çoxları deyir ki, yayda yalnız dinamik mahnı təqdim etmək lazımdır. Ancaq mən düşünürəm ki, yaxşı mahnı mövsümə baxmır. Nazim gözəl bir məhsul yaradıb".
Mahnının ərsəyə gəlməsində peşəkar musiqiçilərin böyük zəhməti olub. Tütəkdə Coşqun Sadıxov, gitarada türkiyəli musiqiçi Sərhan Yasdımna ifa ediblər.
"Sonra"nın aranjmanı Uzik Addul Cabbara məxsusdur. Musiqidə bek-vokalları da eşitmək olar. Zarina ilə birgə bəstəkar və mahnının aranjmançısı da oxuyub.
"Sonra" haqda Nazim də açıqlama verdi. Bəstəkarın sözlərinə görə, o, bu mahnını özü üçün yazıbmış: "İstəyirdim mahnının ifaçısı özüm olum.
Zarina xanım mənə müraciət edəndə ona hit ola biləcək mahnılarımdan birini - "Sonra"nı təqdim etdim. Əminəm ki, özünəməxsus səs imkanları ilə seçilən Zarina mahnını tez bir zamanda dillərdə əzbər edəcək".
Xatırladaq ki, Zarina hazırda təşkilatçı Nahid Eminoğlunun təşəbbüsü ilə türkiyəli ulduz Sərdar Ortacla birgə konsert verməyə hazırlaşır. Konsert mayın 25-də Buta Palace səhnəsində baş tutacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре