Nişanlısından Rəqsanəyə sürpriz - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Dünən müğənni Rəqsanə İsmayılova doğum gününü qeyd edib. 1979-ci il təvəllüdlü sənətçi Türkiyədə olduğundan əzizləri onu təbrik etmək üçün həmin ölkəyə üz tutublar. Xatırladaq ki, səhhətində onu narahat edən səbəb üzündən, eləcə də yaradıcılıq işlərinə görə, Türkiyədə olan sənətçi artıq özünə etibarlı dostlar da qazanıb.

Ad günündə həmin dostlar sənətçini yalnız buraxmayıblar. Bir araya cəm olan dostların sırasına hazırda anasının yanında olan böyük qızı Aysun və Moskvadan gələn nişanlısı və bir neçə rəfiqəsi qoşulub. Gələcək həyat yoldaşı Rəqsanə xanıma sürpriz hazırlayıb. Əməliyyat vaxtı sənətçini yalnız buraxmayan həmin insan, özəl günündə də yanında olub.

Həmçinin məhşur vizajist Nigar İbrahimova da dostuna baş çəkmək üçün Türkiyəyə yollanıb. Bu gün Rəqsanə xanımın çalışdığı səsyazma studiyasının heyti də ona sürpriz hazırlayıb.

Sənətçi özü ad günündə bunları dilə gətirib:

"Həyatda eniş-yoxuşlar çox oldu. Bəzən çörək verdiyim insanlar məni vurmağa çalışdı. Bir tək başımın üzərindəki rəbbimin köməyi ilə ayaqda durmağı bacardım. Hər zaman onun varlığına sığınmışam. Geriyə boylananda nə ata, nə qardaş, nə arxa gördüm. Məni yıxmaq istəyənlərlə tək savaşdım. Bu gün onların hamısından yüksəkdəyəm. Ətrafımda ancaq yaxşı insanlar var və bundan sonra da belə olacaq. Durmadan sənətim üçün çalışacam. Sevinirəm ki, Tanrı mənə qədir bilən ailə qismət edib".



Фото: Milli.az