Lalə Məmmədova Kəpəz FM-in "AynA"sında - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


93.3 Kəpəz FM radiosunda yayımlanan "AynA" səhər efirinin bu həftəki qonağı Respublikanın əməkdar artisti Lalə Məmmədova oldu.
 

Milli.Az xəbər verir ki, aparıcı dj-AySel ilə səmimi söhbət edən müğənni yaradıcılığında olan yenilikləri və planlarını eksklüziv olaraq 93.3 Kəpəz FM radiosunda yayımlanan "AynA"nın dinləyiciləri ilə bölüşdü. Yeni klip çəkdirməyi planlaşdırdığını söyləyən müğənni gələcəkdə klip çəkilişləri üçün xarici ölkəyə getmək istədiyini də vurğuladı.

İstedadlı müğənni veriliş boyu maraqlı söhbətləri ilə yanaşı, digər bacarıqlarının olmasından da söz açdı. Üzgüçülüklə məşğul olduğunu söyləyən Lalə Məmmədova hətta övladına da bu idman növünü peşəkarcasına öyrətdiyini bildirdi. Radiomuzda qonaq olduğunu tarixin yaddaşında xüsusi həkk olunacağını deyən Lalə Məmmədova Gəncə ilə bağlı böyük təəssüratlarının yarandığını da söylədi.

Qeyd edək ki, Kəpəz FM 93.3 MHz tezliyində Gəncə şəhəri və ətraf bölgələrdə yayımlanır.

Böyütmək üçün şəkillərə klikləyin.