https://news.day.az/showbiz/404439.html
"Lift" realiti-şousunun finalçıları bəlli oldu - FOTO
Milli.Az xəbər verir ki, tanınmış teleaparıcı Sərxan Kərəmoğlunun təqdimatında Lider TV-də canlı yayımlanan "Lift" realiti-şousunda ötən gün sonuncu duel həyəcanı yaşandı.
Qaydalara görə, finala keçmiş 3 iştirakçı, müğənnilər - Emil Bədəlov, Əfqan Quliyev və model Maya Cəfərova bir-birlərinə qarşı səs vermədilər. Tamaşaçıların günboyu göndərdikləri sms-lər yenə də Emil Bədəlovu toxunulmaz etdiyindən dueldə Maya ilə Əfqan üz-üzə gəldilər.
Həyəcanlı anların yaşandığı iki saatın sonunda qalib model yox, müğənni oldu. Şou barəsində proqnoz verən əksər tamaşaçıların ehtimalları özünü doğrultdu.
Emil və Əfqan sonuncu dəfə oteldə dincəlmək şansı qazandılar. Çünki bu gündən etibarən onlar 12 kv.m-lik liftin içində yalnız səbr və dözüm nümayiş etdirməlidirlər. Əgər hansısa ehtiyaclarını ödəmək istəsələr, mütləq şəkildə məğlubiyyətləri ilə barışmalıdırlar.
13 gün bundan əvvəl 13 iştirakçı 100 min manatı qazanmaq üçün mübarizəyə başladı. Uduş fondu azalaraq 25 min 400 manatda dayandı. Yəni artıq heç bir azalma olmayacaq. Tamaşaçı sms-ləri də artıq heç bir rol oynamayacaq. İradəsi güclü olan sözügedən məbləği qazanacaq.
Realiti-şounun yaradıcı heyəti final gecəsinin 28 May Respublika Günündə baş tutacağını bildirirlər. Qalib kim olacaq? Bunu bilmək üçün final gününədək hər axşam saat 22.00-dan etibarən Lider TV-nin efiri izləmək lazımdır.
Məlumat üçün bildirək ki, "Lift" realiti-şousunun informasiya dəstəyi Day.Az və Milli.Az-a məxsusdur.
Böyütmək üçün şəkillərə klikləyin.

Day.Az представляет новость на азербайджанском языке.

Фото: Milli.Az
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре