Prodüser Tolik dünya ulduzunu cəzalandırdı - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Müğənni Sevda Yahyayeva ilə Amerikaya yollanan Tolikin səfəri olduqca maraqlı və səmərəli keçib. Anspress-in məlumatına görə, onlar dünyaca məşhur yerlərdə, eləcə də hər kəsin xəyal etdiyi Hollivudda olublar.

Qalmaqallı prodüser Tolik Aygün Kazımovanın dünya məşhuru duet ortağı Snup Doqla, Beyonsla, hətta ABŞ-ın prezidenti Obama ilə görüşüb. Prodüserin məşhurlarla görüşü Madam Tüssonun dünyanın 10-dan artıq şəhərində olan muzeyinin Las-Veqasdakı filialında baş tutub. Əlbəttə ki, hər üçünün mum heykəlləri ilə.

Tolik hətta Aygün Kazımovanın aylardır Bakıya gətirə bilmədiyi Snup Doqun qulağı burub tənbeh də etdi.
 

Böyütmək üçün şəkillərə klikləyin.