Namiq Qaraçuxurlu Brilliant Dadaşovaya mahnı yazacaq

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az xəbər verir ki, tanınmış teleaparıcı Nanə Ağamalıyevanın təqdimatında ATV kanalında yayımlanan "Gün keçir" verilişində qonaq olarkən meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Brilliant xanımla münasibətlərindən danışıb:

"Mediada duet oxumağımızla bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bu, hansısa jurnalistin beyninin təxəyyülüdür. Konsertlərin birində Brilliant xanım onun üçün də mahnı yazmağını xahiş etmişdi və mən də bu təklifə biganə qalmadım. İnşallah, mahnı hazır olanda hamınız eşidəcəksiniz".