Məşhur türk seriallarının ulduzları Bakıya gəlirlər - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Sabah Heydər Əliyev Sarayında 16-cı "Qrand" Milli İctimai Mükafatının təqdimatı keçiriləcək.

Milli.Az Axşam.az-a istinadən bildirir ki, "V & V" şirkəti tərəfindən təşkil olunan, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən mərasimdə il ərzində gördükləri işlərlə fərqlənən şou-biznes və mədəniyyət nümayəndələri "Qrand" mükafatına layiq görüləcək.

Mükafatlandırma mərasiminə Türkiyədən fəxri qonaqlar dəvət olunublar. Onlar arasında "Elə bir keçər zaman ki..." serialının Əli Kaptanı - Ərkan Petekkaya, Cəmiləsi - Ayça Bingöl, "Möhtəşəm yüz il" serialının Şahzadə Məhmədi - Gürbəy İləri, müğənni Sinan Akçıl və "Ebruli" proqramının aparıcısı Ebru Şallı yer alıb.

Qonaqlar Bakıya bu axşam gələcək.
 

Böyütmək üçün şəkillərə klikləyin.