Şəbnəm Tapdıq: "Çox peşmanam"

Day.Az представляет новость на азербайджанском языке.

Hər zaman qalmaqallı açıqlamaları ilə diqqət çəkən əməkdar artist Şəbnəm Tapdıq səsi olmayan müğənnilərdən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi qonaq olduğu ATV telekanalında yayımlanan "Gün keçir" verilişində şou-biznesdəki bəzi müğənniləri görəndə depressiyaya düşdüyünü deyib:

"İndi bu sənəti elə bir günə qoyublar ki, adam iyrənir. Səsi olmayan hər kəsə mikrofon veriblər. Özümdən gileylənirəm ki, niyə bu sənətə gəlmişəm? Çox peşmanam. Bəzi müğənniləri görəndə depressiyaya düşürəm. Mən heç bir müsabiqədə münsif ola bilmərəm. Çünki o qədər oxuya bilməyənlər çıxır ki, əsəbimdən mikrofonu başlarına çırparam".