Zamiq Hüseynov qaynar konsertə hazırlaşır

Day.Az представляет новость на азербайджанском языке.

Estrada ulduzu, ilin ən yaxşı kişi ifaçısı seçilən müğənni Zamiq Hüseynov yayın ən qaynar konsert proqramına hazırlaşır.

Milli.Az-ın məlumatına görə, o bir neçə gündən sonra, 21 iyunda paytaxtın Jumeirah otelində sezon açılışı edəcək.

Fanatlarını məkanın açılışına toplayan müğənni ən sevilən mahnılarını səsləndirəcək: "Konsert proqramına anidən qərar verdim. Ən hit mahnıları səsləndirəcəm. Ümidvaram ki, bu konsert proqramının təəssüratı bütün yay boyu davam edəcək", - deyə Zamiq bildirib.