https://news.day.az/showbiz/409296.html
Xatun "Oğlum" deyərək, evlənən oğluna nəsihət etdi?
Onu da qeyd edək ki, türk müğənnisinin bu bəstəsinə çox az sənətçi müraciət etsə də, əslində musiqi çox lirik notlara kökləndiyindən təsirlidir. Yeri gəlmişkən, Azərbaycanda bu günə qədər heç bir müğənni adıçəkilən mahnını ifa etməyib, bu melodiyaya müraciət etməyib. Azərbaycan müğənnilərinin bəzilərinin qız övladlarına ünvanlanan mahnılarını eşitsək də, oğul övladları üçün mahnı oxuyan olmamışdı.
Xatunun sözlərinə görə, bundan sonra onun repertuarında yer alacaq "Oğlum" övladına toy edən oğul analarının əsl himninə çevriləcək: "Bu mahnını eşidəndə çox təsirləndim. Ola bilər, mən də oğul anası olduğum üçün mövzu mənə daha yaxın idi. Mahnının melodiyasında, sözlərində oğlunu evləndirən ananın, övladına toy mərasimində dilə gətirdiyi nəsihəti ilə yanaşı, həmin anlarda dilə gətirə bilmədiyi hissləri də öz əksini tapıb. Mən əminəm ki, hər bir ana övladını evləndirəndə, onun toy gecəsində həyəcanlanır, nostalji hisslərə qapılır, təsirlənir. Sevinir. Elə ona görə də bu musiqini dinləyən hər bir ana mütləq təsirlənəcək. Oğul anaları ən azı övladlarının toy mərasimində bu musiqini səsləndirmək istəyəcəklər. Çünki bu musiqi anaların dilindən övladlarına olan bir xitab, müraciət, nəsihətdir. Çalışmışam ki, mahnını özüməməxsus şəkildə ifa edib, kimsəni xatırlatmayım. Bir oğul anasının obrazını ifamla yarada bilim. Nə qədər alınıb, deyə bilmərəm? Bunu dinləyicələr deyə bilərlər. Hər halda mən o hissləri yaşamağa çalışdım".
Xatun "Oğlum" deyərək, evlənən oğluna nəsihət etdi?
Day.Az представляет новость на азербайджанском языке.
Müğənni Xatun vaxtilə Türkiyənin məhşur sənətkarı Barış Mançonun repertuarında yer alan ən məşhur bəstələrdən birinə müraciət edib
Milli.Az xəbər verir ki, Xatun çox aktual mövzulardan birinə müraciət edib. Müğənni Barış Mançonun "Oğlum" kompozisiyasını fərqli aranjmanda, özünəməxsus şəkildə ifa edərək mahnını lentə aldırıb.Onu da qeyd edək ki, türk müğənnisinin bu bəstəsinə çox az sənətçi müraciət etsə də, əslində musiqi çox lirik notlara kökləndiyindən təsirlidir. Yeri gəlmişkən, Azərbaycanda bu günə qədər heç bir müğənni adıçəkilən mahnını ifa etməyib, bu melodiyaya müraciət etməyib. Azərbaycan müğənnilərinin bəzilərinin qız övladlarına ünvanlanan mahnılarını eşitsək də, oğul övladları üçün mahnı oxuyan olmamışdı.
Xatunun sözlərinə görə, bundan sonra onun repertuarında yer alacaq "Oğlum" övladına toy edən oğul analarının əsl himninə çevriləcək: "Bu mahnını eşidəndə çox təsirləndim. Ola bilər, mən də oğul anası olduğum üçün mövzu mənə daha yaxın idi. Mahnının melodiyasında, sözlərində oğlunu evləndirən ananın, övladına toy mərasimində dilə gətirdiyi nəsihəti ilə yanaşı, həmin anlarda dilə gətirə bilmədiyi hissləri də öz əksini tapıb. Mən əminəm ki, hər bir ana övladını evləndirəndə, onun toy gecəsində həyəcanlanır, nostalji hisslərə qapılır, təsirlənir. Sevinir. Elə ona görə də bu musiqini dinləyən hər bir ana mütləq təsirlənəcək. Oğul anaları ən azı övladlarının toy mərasimində bu musiqini səsləndirmək istəyəcəklər. Çünki bu musiqi anaların dilindən övladlarına olan bir xitab, müraciət, nəsihətdir. Çalışmışam ki, mahnını özüməməxsus şəkildə ifa edib, kimsəni xatırlatmayım. Bir oğul anasının obrazını ifamla yarada bilim. Nə qədər alınıb, deyə bilmərəm? Bunu dinləyicələr deyə bilərlər. Hər halda mən o hissləri yaşamağa çalışdım".
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре