Аparıcı İrəm Nəbiyevanın toyu olacaq

Day.Az представляет новость на азербайджанском языке.


Modern.az saytı xəbər verir ki, ANS telekanalının məşhur "Uşaqdan böyüyə" verilişinin aparıcısı İrəm Nəbiyevanın gələn ay toyu olacaq.

Türkiyə vətəndaşı ilə ailə quracaq məşhur aparıcının həm ölkəmizdə, həm də Türkiyədə toy mərasimi təşkil olunacaq.

İrəm Nəbiyeva Modern.az-a deyib ki, iyulda keçiriləcək toy isə öz qeyri-adiliyi ilə seçiləcək. Belə ki, Azərbaycan toylarından fərqli olaraq İrəm Nəbiyevanın toy mərasimi restoranda deyil, dəniz kənarında, qumsalda təşkil olunacaq. Hələ bu da son deyil. Toyda bütün dəvətlilərə dilək tutub havaya buraxmaq üçün şam paraşutləri paylanılacaq. Toy Ramazan ayına düşdüyü üçün hər kəs orucunu açıb, bu şamları yandırıb havaya uçurdub dilək diləyəcək.

/Modern.az/