Azərbaycanlı müğənni coşdu, coşdurdu - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Dünən paytaxt otellərindən birinin yay restoranında məşhur estrada müğənnisi Zamiq Hüseynov konsert proqramı ilə çıxış edib.

Milli.Az-ın məlumatına görə, 106.3 və 106 FM radio dalğalarının təşkilatçılığı ilə keçirilən konsertdə əsl izdiham yaşanıb. 2 saata yaxın çıxış edən Zamiq paytaxt sakinlərinə yayın ən qızmar konsert proqramını nümayiş etdirib.

Rəqqasələrin əhatəsində çıxış edən müğənni özünü DJ kimi də sınadı.

Zamiq çıxışı zamanı qonaqlar sırasında əyləşən teleaparıcı Nanə Ağamalıyeva üçün "Qara gözlüm" mahnısını xüsusi olaraq səsləndirib.

Böyük coşğu ilə keçən konsertin ən maraqlı məqamlarından biri tədbirin aparıcıları idi.

Proqramı nə az-nə çox, düz 4 aparıcı - Rüfət Ağayev, Cavid Gül, Elvira İsmayılovaNurlana - idarə edib.

Konsert proqramı səhərə qədər diskoteka ilə davam edib.

Gecədə baş verən ən maraqlı məqamları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.

Böyütmək üçün şəkillərə klikləyin.

Фото: Milli.az