Beren Saatın gözəlliyinin sirri

Day.Az представляет новость на азербайджанском языке.


Türkiyənin məşhur aktrisalarından Beren Saat bu yaxınlarda verdiyi müsahibələrin birində gözəllik sirlərini açıb. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa eşqin insanı gözəlləşdirdiyini deyib.

Beren Saat gözəlliyini qorumaq üçün tez-tez qəhqəhə çəkdiyini də qeyd edib: "Gözəlliyimi qorumaq üçün düzgün qidalanmağa diqqət edirəm, idmanla məşğul oluram və qəhqəhə çəkirəm. Həm də həyatımda çox sevdiyim bir insan var. Eşqin də insanı gözəlləşdirdiyini düşünürəm. Bir də əsl gözəlliyin sadəlik olduğuna inanıram".

Qeyd edək ki, Beren Saat hazırda məşhur rejissor Uğur Yücelin "Mənim dünyam" adlı filminə çəkilir. Aktrisa bu filmə çəkilə bilmək üçün sevgilisi Kənan Doğulu ilə tətil planlarını təxirə salmalı olub.