Merve Boluğur: "Çox xoşum gəlirdi ondan. İstəmirdi məni" Day.Az представляет новость на азербайджанском языке.

Publika.Az "Acemi Cadı", "Küçük Sırlar" və "Kuzey-Güney" seriallarında unudulmaz obrazları canlandıran gənc aktrisa Merve Boluğurun Türkiyə mətbuatına verdiyi müsahibəni təqdim edir:

- Keçmişdə də populyar idin?

- Məktəb illərində heç məşhur deyildim. Çox dalğın bir qız idim. Nə məktəbin ən gözəli idim, nə də ən yaxşı oxuyanı. Utancaq və qapalı...
 

- Bəs indi?

- İndi elə deyiləm. Yavaş-yavaş açılışıram.
 

- Heç olub ki, oğlanlar səni rədd etsin?

- Hə, xüsusilə biri var idi, çox xoşum gəlirdi ondan. İstəmirdi məni. Ancaq o vaxtlar mənə üz verməyənlər indi ayağıma gəlirlər. (gülür)
 

- Mənfi obrazı canlandırmaq daha çətindir, ancaq sən bunu yaxşı bacarırsan. Daxilində heç pislik var?

- İlk serialımdakı Ayşegül obrazı o qədər də pis biri deyil, məncə. Sevgidən məhrumdur. Sevgi axtararkən pislik edir. Həqiqi həyatda da var belə insanlar. Mən onun kimi deyiləm. Ancaq insanlarla məşğul olmağı sevirəm. Söz dəllalığı da edirəm. Ümumilikdə yaxşı niyyətliyəm, ancaq insanları həyatımdan çıxara bilirəm. Məncə, ən böyük pislik budur.
 

- Özünü necə kəşf etdin?

- Hər şey təsadüfən oldu. Məktəbin sonuncu ili idi. Qohumumun agentliyi var - fotoçəkilişə məni də çağırdı. Orada tanış olduğum biri məni öz studiyasına dəvət etdi və vizitkartını verdi. Ancaq oraya getməklə bağlı heç bir fikrim yox idi. Bir gün vizitkarta baxdım, bizim küçədə yerləşirmiş. Yaxınlığından keçərkən girdim və onlar məndən əl çəkmədilər. Öncə reklam, sonra da film çəkilişləri gəldi.
 

- Bir anda əmin oldun?

- Bəli, "Keloğlan kara prense karşı" filminin təqdimatına getdiyim axşam, işıqlar söndü, ağ pərdədə özümü gördüm və "bu işi etməliyəm" dedim.
 

- Valideyinlərin həmin vaxt sənin bu fikrinə razılıq verdilərmi?

- Yox, onları razı salmaq bir az vaxtımı aldı. Aktrisalıq işi ciddiləşdikdə konservatoriyaya qəbul olmaq istədim, ancaq gecikmişdim. Müjdat Gezen Sənət Mərkəzinin qəbul imtanlarına sənəd verdim və bir il sonra "Acemi cadı" oldum.
 

- Universitet necə oldu?

- Yarımçıq qaldı.
 

- Sinem Kobal ilə aranızdakı məsələylə bağlı xəbərlərə nə deyirsən?

- Sinemlə bağlı çıxan xəbərlər çox axmaq məlumatlar idi. Çəkilişlərdə yaxşıyıq, çəkiliş xaricində də görüşməyə çox vaxtımız yoxdur.
 

- Hansı qızlara qarşı dözümsüz olursan?

- Şit, özündən razı, saçı-başı ilə oynayan qızları sevmirəm.
 

- Gələcəkdəki sevgilinin necə olmasını istəyirsən?

- Bir az yaşca böyük adamlardan xoşum gəlir. Yaş fərqi əhəmiyyətlidir. 5-6 yaş yaxşıdır. Çünki nələrsə öyrənmək istəyirəm. Kobud adamlara dözümüm yoxdur. Onlarla münasibət qurmaq qeyri-mümkündür. Kişinin ağırlığı olmalıdır bir az. Eşqbaz olmasın. Nə isə, iztirabı deyil, xoşbəxtliyi axtaran biriyəm. Statusu da əhəmiyyətlidir. İş-güc qurmuş bir insanla, həyata yeni başlamış biri eyni deyil.
 

- Uzun müddətdir səni seriallarda görmürdük. Bu seçimin səbəbi nə idi?

- "Acemi cadı" serialında özümü yaxşı təqdim edə bildim. Ondan sonra daha yaxşı bir proyektdə yer almaq istəyirdim. Ona görə də tələsmədim. Eyni zamanda, oynadığım rol da əvvəlkindən fərqli olmalı idi.
 

- Uşaqların marağından bezdinmi?

- Əsla! "Acemi cadı" mənim ilk serialım idi. Xüsusən də uşaqlar tərəfindən inanılmaz dərəcədə sevildi. Nağıl qəhrəmanı olmaq hər aktrisaya nəsib olmaz.
 

- Nələri izləyirsən?

- Nələr edilir deyə, yeni başlamış seriallara göz gəzdirirəm.
 

- Bu sənətə gənc yaşda başlamaq səncə, müsbət haldır?

- Bəli... Vaxtında başladığımı düşünürəm. İlk dəfə kamera qabağına çıxanda 19 yaşım var idi. Bir az gec başlasaydım, bəlkə də çabalayacaqdım. Gənc yaşlardan işləməyin insanı yetişdirdiyini düşünürəm.
 

- Gələk yeni serialın olan "Kül ve Ateş"ə... Bu serialın komandasına necə daxil oldun?

- İlk görüşüm Tomris xanımla (Giriftoğlu) olmuşdu. İllər sonra "Kül ve Ateş" serialı ilə bağlı görüşdük, məni unutmadığı üçün həyəcanlanmışdım. Onsuz da işləmək istədiyim insanlardan biri idi. Heç düşünmədən təklifini qəbul etdim.
 

- Çəkilişlərə görə sevgilinlə az-az görüşürsən deyəsən. Sənin üçün çətin olmur?

- Bu barədə danışmaq istəmirəm. Şəxsi həyatımın mənə qalmasının tərəfdarıyam.
 

- İki sənətçinin münasibəti çətin olur deyirlər...

- Çətin olduğunu düşünmürəm. Bizimki normal saatlarda edilən sənət deyil. Buna görə də işlə bağlı bir-birinizi daha yaxşı başa düşürük.
 

- Sənətlə bağlı "etməsəm, gözüm arxada qalar" dediyin şeylər varmı?

- Tək arzum Serdar Akarın bir filmində çəkilməkdir.
 

- Aktrisalıq, televiziya, gözəllik, moda və eşq... Bu beş söz sizə nə ifadə edir?

- Aktrisalıq: nəfəs, Televiziya: rəngarənglik, Gözəllik: təbiilik, Moda: güzgü, Eşq:
zamansızlıq.
 

- "Acemi cadı", "Küçük sırlar" və "Kuzey-Güney". Hamsında fərqli obrazlar canlandırmısan. Bunu necə bacarırsan?

- Əvvəla, rol seçimimi ona görə etməyə diqqət edirəm.Buna görə də həmişə fərqli xarakterləri canlandırmağa çalışıram. Aktrisalıq mənasında özümü həmişə yetişdirməyə diqqət edirəm.
 

- Səhərlər günə necə başlayırsan?

- Bir az kefsiz oyanıram. Gec yatmışamsa və sabah da erkən durmalıyamsa, lap kefsiz oluram.
 

- Heç "kaş ki, bu rolu ifa etsəydim" dediyin vaxt olub?


- Uşaq vaxtı "Kara Melek" serialını izləyərdim. Hətta aktrisa olmaq istəyim ilk dəfə o serialı izlədikdən sonra yaranmışdı. Sanem Çelikin oynadığı rolu oynamağı arzulayırdım. Çox yaxşı oynayırdı.
 

- Dərin çəkilişlərdə həmişə makyaja məruz qalmasına baxmayaraq, çox gözəldir. Dərinə qulluq üçün xüsusi vaxt ayırırsanmı?

- Anam yuqoslaviyalıdır. Onun da bədəni çox gözəldir. Dərimin gözəlliyinin genetik olduğunu düşünürəm. Evdə xüsusi qulluq etmirəm. Çünki dərinizlə nə qədər məşğul olsanız, o qədər deformasiyaya uğrayır, deyə düşünürəm. Mümkün olduğu qədər təbii məhsullar istifadə etməyə çalışıram.
 

- Qırmızı pomadanın ən çox yaraşdığı adların önündə gəlirsən. Sənə bu qədər yaraşdığını "Küçük sırlar" serialı ilə kəşf etdin?

- Hamı elə düşünür. Amma mən ondan əvvəl də qırmızı pomada istifadə edərdim. Çünki çox makyaj istifadə etməyi sevmirəm. Dərim ağ olduğu üçün qırmızı pomadanın rəng verdiyini düşünürəm.
 

- Bu günə qədər etdiyin ən böyük gözəllik xətası hansıdır?

- Bir müddət qaşlarımı naziltməyim. Etdiyim ən böyük xətadır.
 

Publika.Az