Məryəm Üzərli geri qayıtmaq üçün şərtlər irəli sürüb

Day.Az представляет новость на азербайджанском языке.

Anspress xəbər verir ki, Türkiyənin özəl telekanallarından birində nümayiş olunan serialda şöhrət əldə edən, daha sonra aldığı əmək haqqını bəyənməyərək ölkəni tərk edən aktrisa Məryəm Üzərli geri qayıtmaq üçün bəzi şərtlər irəli sürüb. "Gecce.com" saytının xəbərinə görə, aktrisa çəkiləcəyi serialda hər hissə üçün 25 000 avro tələb edir. Bundan başqa həftədə sadəcə 4 gün işləmək istəyən aktrisa çəkiləcəyi serialın mövsüm boyunca 20 hissədən çox olmamasını istəyib.

Türkiyədə serialların nümayiş müddəti təxminən 90 dəqiqədir. Bu isə çəkiliş heytətinin həftədə 6 gün çalışmasını zəruri edir. Bundan başqa, hər serialın mövsüm müddətində 30 seriyası çəkilir.

Xatırladaq ki, Məryəm Üzərli "Muhteşem yüzyıl" serialında Qanuni sultan Süleymanın arvadı Hürrəm sultan obrazını canlandırıb və hər seriya üçün 12 500 avro əmək haqqı alıb.

Məryəm Üzərlinin növbəti mövsümdə aktyor Kıvanç Tatlıtuğla yeni bir layihədə çəkiləcəyi barədə xəbərlər yayılsa da, bu iddia nə Üzərli, nə də Tatlıtuğ tərəfindən təsdiqlənib.