Ən bahalı avtomobili hansı müğənni sürür?

Day.Az представляет новость на азербайджанском языке.

Şou-biznesin tanınmış simaları ifaçılıq sənəti ilə yanaşı, geyimləri, avtomobilləri və mənzilləri ilə də hər zaman maraq doğururlar.
 

Axşam.az-ın məlumatına görə, müğənnilər bu dəfə "Xəzər" telekanalında yayımlanan "Star life" verilişinə açıqlamasında avtomobillərinin markasından və arzuladıqları maşından danışıblar:

Müğənni Zamiq Hüseynov - Avtomobilimin markasını demək istəmirəm. Bəziləri onu bəyənməz, bəzilərinin isə almağa gücü çatmaz.

Müğənni Rüfət Axundov - Son model BMW sürürəm. Əgər imkanım olsa, "Bentley" alacam.

Müğənni Nadir Qafarzadə - "Chevrolet Malibu" sürürəm. 28 min manat qiyməti var. Kimdən əskik oğlanam, niyə də bahalı maşın sürməyim? Bəziləri var ki, başqasının maşınında çəkilişə gəlir, özünü göstərir.

Müğənni Vasif Məhərrəmli - "Porsche" markasına vurğunam. Hazırda sürdüyüm avtomobil "Porsche Cayenne CPS"dir.

Müğənni Roza Zərgərli - "Porsche Panamera Turbo" sürürəm. Pulum olsa, təyyarə alardım.

Müğənni Xatirə İslam - Mənim avtomobilimin markası kimin nəyinə lazımdır? Sonra deyirlər ki, özlərini efirdə reklam edirlər. Hansı maşını sürdüyümü deməyəcəm.

P.S. Xatirə "Porsche Panamera Turbo" sürür.

/Axşam.az/