"Nazpərini daha ağır ittiham gözləyir"

Day.Az представляет новость на азербайджанском языке.


Xalq artisti İlhamə Quliyeva Nazpəri Dostəliyevanın onun barəsində çıxarılan məhkəmə hökmünə etirazına və 50 min manatı ödəməkdən imtina etməsinə münasibət bildirib.
 

"Qafqazinfo" xəbər verir ki, İlhamə Quliyeva Nazpərini məhkəmə qətnaməsinə hörmətlə yanaşmağa çağırıb:

"Müsahibəsində titullarımın saxtalığını söylədiyi, məni təhqir edib haqqımda böhtanlar söylədiyi üçün Nazpəri Dostəliyevanın barəsində xüsusi ittiham qaydasında cinayət işi başlamaq üçün məhkəməyə ərizə ilə müraciət etmək fikrində idim. Lakin humanistlik edərək onun barəsində cinayət işi qaldırmadım, şərəf və ləyaqətimi, işgüzar nüfuzumu alçaldan ifadələr işlətdiyi üçün mülki qaydada məhkəməyə müraciət etdim. Nəticədə Nazpəri Dostəliyeva mənə vurduğu mənəvi ziyanla bağlı 50 000 AZN məbləğində zərərin əvəzini ödəməlidir və məndən üzr istəməlidir. Nazpəri Dostəliyeva internet saytlarına verdiyi müsahibəsində qeyd edib ki, "nə 50 000 AZN manat ziyanı ödəyəcək, nə də məndən üzr istəyəcək". Nazpəri Dostəliyevaya bildirmək istəyirəm ki, məhkəmə qətnaməsi Azərbaycan dövləti adından çıxarılır. Ona hörmətlə yanaşılmalı və qərarı yerinə yetirilməlidir. Əks halda Nazpəri Dostəliyevanı daha ağır ittiham gözləyir. Allah yardımçısı olsun".