Abbas Bağırov özlərini reklam edən həmkarlarından danışdı Day.Az представляет новость на азербайджанском языке.

Əməkdar artist Abbas Bağırov özlərini ev, avtomobillə reklam edən həmkarlarından danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Onlar" verilişinə açıqlamasında müğənninin sənəti ilə gündəmə gəlməsinə üstünlük verdiyini deyib:

"Çalışıram hər zaman işlərimlə gündəmə gəlim. Müğənnilərimiz var ki, evləri, maşınları ilə özlərini reklam edirlər, bu yolla gündəmdə qalmağa çalışırlar. Kimə lazımdır sənin avtomobilin, evin? İnsanlara mahnı, klip maraqlıdır. Heç vaxt bu yolla gündəmə gəlməmişəm, gəlmərəm də".