Rafet El Roman və Ezo konsertini o aparacaq

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az xəbər verir ki, bu axşam Yaşıl Teatrın səhnəsində "Romantik yay axşamı" adlı konsert proqramı ilə çıxış edəcək Rafet El RomanEzo Genc konsertini tanınmış azərbaycanlı teleaparıcı Nanə Ağamalıyeva idarə edəcək.

Bu səhər "Gün keçir" verilişində sənətçiləri qonaq edən Nanə, onların maraqlı etiraflar etməsinə səbəbkar olub. Rafet Ezonun səsinə heyranlığını gizlətməyib.

Azərbaycan əsilli müğənni Rafetdən sənətin sirrlərini öyrəndiyini gizlətməyib.

Tamaşaçılara unudulmaz konsert verən "Kalbine sürgun" hitinin ifaçıları Nanə Ağamalıyevanın konsertlərində aparıcı kimi səhnəyə çıxacağını məmnunluqla qarışılayıblar.

Azərbaycanın ən tələbatlı xanım aparıcısı olduğunu sübut edən xanım Ağamalıyeva bundan əvvəl türkiyəli ulduzlar - Serdar Ortac, Sibel Canın Bakı konsertlərində öz missiyasını yerinə yetirib.

Qeyd edək ki, türkiyəli ulduzların Bakıya gəlişini Nahid Emiloğlu təşkil edib.